İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində xaricdə dövlət proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alanların məlumatları “mygov” platformasında təqdim olunub. İstifadəçilər həm veb, həm də mobil tətbiq vasitəsilə bu məlumatları izləyə, sənəd şəklində yükləyə və paylaşa bilərlər. Məlumatlar “Təhsil” kateqoriyasında yerləşir.

Bundan əlavə, “Övladlarımın peyvənd məlumatları” bölməsində övladların yaşına uyğun peyvəndlərin siyahısı təqdim olunur. Bu məlumatlara da veb və mobil versiyalarda asanlıqla giriş mümkündür.

İRİA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində isə “mygov” platformasında xəstəlik tarixçəsi (epikriz) məlumatları əlavə olunub. Vətəndaşlar anamnez, müayinə nəticələri, diaqnoz və müalicə barədə məlumatları həm izləyə, həm də yükləyə bilərlər. Bu bölmə vebdə “Tibb məlumatlarım”, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyasında yerləşir.

Bu yeniliklər vətəndaşlara təhsil və sağlamlıq sahəsində məlumatlara rahat və sürətli çıxış imkanı yaradır.

Posted 
Aug 11, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All