Qədim misirlilərdən günümüzə miras qalmış 24 saatlıq zaman anlayışı bir türk sayəsində dəyişəcək. Mərkəzi İngiltərədə olan ‘‘Global Heartbeat Ltd.’’ şirkətinin rəhbəri Korhan Kaya rəqəmsal dünyanın yeni ehtiyaclarını qarşılayaraq, bütün ağıllı cihazların birlikdə çalışa bilməsini təmin edəcək bir zaman anlayışının patentlənməsi mərhələsində sona yaxınlaşdıqlarını qeyd edib.
Azərbaycanda bank sahəsində ən çox istifadə edilən tətbiqetmə BirBank, Mastercard ilə birgə çalışaraq NFC texnologiyasının Mastercard kartlarına gəlişini gözlənilməz bir şəkildə qeyd etdi.
Azercell, Novruz bayramı münasibətilə sosial media hesablarında yayımlanan videoda Novruz adətlərinin səslərini və təbiətdəki səsləri ASMR (autonomous sensory meridian response) metodu ilə bir araya gətirdi. Daha yaxşı təəssüratlar üçün videodakı səsləri qulaqlıqla dinləməyinizi tövsiyə edirik.