İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə texnoparkların mövcud fəaliyyəti, inkişaf perspektivləri və yerli İKT məhsullarının ixrac imkanları müzakirə olunub. Tədbir çərçivəsində rezidentlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə şəbəkələşmə sessiyası da təşkil edilib.

Görüşdə çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov agentliyin əsas fəaliyyət istiqamətləri, texnoparkların bu strategiyada rolu və rezidentlərlə qurulan əməkdaşlıq modeli barədə məlumat verib. Onun sözlərinə görə, texnopark rezidentlərinin sayı son illərdə artıb: 2023-cü ildə 70 olan rezident sayı 2024-cü ildə 118-ə, 2025-ci ildə isə 163-ə çatıb.

İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev texnoparkların fəaliyyəti üzrə əldə olunan nəticələr və qarşıdakı dövr üçün planlar barədə təqdimatla çıxış edib. Təqdimatda rezidentlərlə əməkdaşlığın genişləndirilməsi, icma yanaşmasının formalaşdırılması və texnoparkların real biznes platformasına çevrilməsi əsas hədəflər kimi qeyd olunub.

Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavid Süleymanlı isə İKT sənayesinin iqtisadiyyatda rolu, qlobal tendensiyalar və Azərbaycan üçün mövcud ixrac imkanları ilə bağlı analitik baxış təqdim edib. O, İKT məhsullarının ixracının artırılmasının qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində “Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi” mövzusunda panel müzakirəsi də keçirilib. Sonda texnopark rezidentlərinin iştirakı ilə şəbəkələşmə sessiyası baş tutub.

Posted 
Dec 19, 2025
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All