2

0 illiyini qeyd edən GittiGidiyor loqosunu ve sloqanını istifadəçilərinə yeni reklam kampaniyas ilə nümayiş etdirdi.

Türkiyənin nəhəng e-ticarət şirkətlərdən olan GittiGidiyor 2001-ci ildə qurulub və 2011-ci ildə ebay tərəfindən satın alınıb. Getdikcə böyüyən şirkətin son bir ildə işçi sayı 50% artmışdır.

2021-ci il bir çox şirkət üçün yenilik ili oldu. Bu il 20 illiyini qeyd edən GittiGidiyor da "Keşfetmeye bak" adlı yeni reklam kampaniyasını, loqosunu, sloqanını istifadəçilərinə təqdim etdi. Öncəki loqosunu bir az sadələşdirərək yeni loqosunda sadəcə şirkətin adını qeyd edib. Markanın rənglərini isə loqoda yer alan ‘’i’’ hərflərinin nöqtələrində vurğulamaqla kifayətlənib. Bundan əlavə loqoda qeyd edilən ‘‘bir ebay şirketidir’’ sloqanı da ‘‘ebay şirketidir’’ sloqanı ilə əvəzlənmişdir.

Agentlik: Tribal Worldwide İstanbul

Posted 
Apr 7, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All