Q

ədim misirlilərdən günümüzə miras qalmış 24 saatlıq zaman anlayışı bir türk sayəsində dəyişəcək. Mərkəzi İngiltərədə olan ‘‘Global Heartbeat Ltd.’’ şirkətinin rəhbəri Korhan Kaya rəqəmsal dünyanın yeni ehtiyaclarını qarşılayaraq, bütün ağıllı cihazların birlikdə çalışa bilməsini təmin edəcək bir zaman anlayışının patentlənməsi mərhələsində sona yaxınlaşdıqlarını qeyd edib.

Bu yeni rəqəmsal zaman formatı, yerindən asılı olmayaraq, dəqiqədən və saniyədən əlavə qlobal bir ritmə əsaslanır. Bu ritm sayəsində bütün ağıllı cihazlar eyni anda eyni funksiyanı həyata keçirə bilir. Bu sayədə evlərdəki ağıllı cihazların və ya bir toplum içərisindəki mobil cihazların ortaq məqsədlə çalışması mümkündür.

Şirkət bu texnologiyaya əsaslanaraq vizual sinxronizasiya texnologiyası da ərsəyə gətirib. ViSynch adlandırdıqları QR kod sayəsində mobil cihazların kamerasını istifadə edərək ekrandakı görüntüyə qoşulub, eyni vaxtda sinxron şəkildə multimedia oxutmaq mümkün olacaq. Bu sayədə medianın artıq tək bir cihaz və ekrandan qurtulduğunu qeyd edən Korhan Kaya “Əlimizdəki cihazların hamısını bir medianı oxutmaq üçün istifadə edə biləcəyimiz bu texnologiya, eyni zamanda təhlükəsizlik xidməti, pilotsuz uçuş aparatı (dron), suni intellekt tətbiqetmələri üçün də çox böyük əhəmiyyət kəsb edir’’ deyə vurğulamışdır.

‘‘Global Heartbeat’’ komandası bu texnologiyanı “Popilight” adlı platformada həyata keçirdiklərini və qısa zamanda idman, əyləncə, reklam sənayesini kökündən dəyişdirəcək sınaqları təqdim edəcəklərini söyləyir.

Posted 
Apr 14, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All