T

exnobloqer Robert Scoble 6 iyuni baş tutacaq Apple WWDC (digər adı ilə Ümumdünya Developer Konfransı) ilə bağlı bir sıra yazılar dərc edib. Bloqer konfransda bizi gözləyən tədbirlər və hadisələrlə bağlı məlumat verib. Bu məlumatlar içində ən maraqlı olanlarından biri isə “yeni axtarış sistemi də gəlir” xəbəridir.

Robert bunu “Twitter”də qeyd edib: “Deməli yeni axtarış sistemi də gəlir. SİRİ, nəhayət ki, “ağıllanacaq”. Hmm”.

Bu şaiyəni gücləndirən hansı detallar var, gəlin sizinlə onu bölüşək:

  • 2014-cü ildə biz “Apple Spider - Applebot” kimi əlavələr gördük.
  • 2015-ci ildə “Apple” axtarış sıralama faktorlarını və “AppleBot” istifadəçi agenti təfərrüatlarını siyahıya alır.
  • 2018-ci ildə isə “Google”da işləyən və proqram mühəndisi olan John Giannandrea “Apple”a keçir.
Posted 
Jun 5, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All