"Michelin" 1889-cu ildə Andre Jules ve Edoudard Michelin qardaşları tərəfindən qurulan və avtomobil təkərləri satan bir şirkət olub. Bu şirkət çoxumuzun görən kimi tanıdığı "Michelin Man" adlı bir maskota sahibdir. Bəs bu qəhrəmanın üst-üstə yığılmış ağ təkərlərdən ibarət olduğunu bilirdinmi? Bəli, indikindən fərqli olaraq həmin dövrdə təkərlər ağ idi.

How the Michelin man logo came to be – Creative Review

O dövrlərdə Fransada 3000-dən az avtomobil mövcud idi. Belə bir vaxtda Michelin qardaşlar insanları səyahət etməyə ruhlandırmaq üçün bir yol tapmalı idilər. Bununla da, onların ağıllarına belə bir fikir gəlir:

"Michelin Guide"

Bununla da, avtomobil satışlarını və xüsusilə onları maraqlandıran təkər satışlarını artırmaq istəyirdilər. Onlar bu kitaba xəritə, kafe, restoran və otellərin məlumatlarını daxil etdilər. 1926-cı ildə restoranlar üçün Michelin ulduzu sistemi bələdçi kitabına əlavə olundu. Daha sonra isə 3 ulduzlu bir sistemə keçid edildi.

To the Stars and Beyond

Bu ulduzların isə mənası belədir:

1 ulduz - öz kateqoriyasında çox yaxşı bir restoran

2 ulduz - Yeməklər əladır. Gəlmək üçün yolu uzatmağa dəyər

3 ulduz - Xüsusi, qeyri-adi bir mətbəx. Gəlmək üçün səyahət etməyə dəyər.

Anton Ego Notes GIF - Anton Ego Notes Writing - Discover & Share GIFs

Bu ulduzlar restorana nə vaxt gələcəyi bilinməyən gizli müfəttişlər tərəfindən verilir. Onlar meyarlara uyğun olaraq öz qiymətləndirmələrini edib, çıxıb gedirlər.

Bu kitab əvvəlcə ödənişsiz olaraq hər yerdə paylanılır. Daha sonra Michelin qardaşlar belə bir qərara gəlirlər:

"Bir şey ödənişsiz olsa, ona heç kim dəyər verməz".

Buna görə də, həmin kitabı ödənişli olaraq satmağa başlayırlar.

Michelin Restaurant Guide - From Past to Present

Tətbiq olunan qaydalara əsasən, yeməkdə istifadə olunan inqrediyentlərin keyfiyyəti, hazırlanma və bişirilmə üsulu, yeməyin təqdimatında kreativlik kimi bir sıra amillər Michelin ulduzu sistemində mühüm rol oynayır. Məkanın ab-havası, menyu, xidmət keyfiyyəti, gigiyena, restoranın orijinal məkan olması, aşpazın öz restoranını idarə etməsi isə digər mühüm amillərdir. Bu meyarlar 1936-cı ildən bəri tətbiq edilir.

2020-ci ildə Michelin yeni bir addım atdı və yeni ikonasını təqdim etdi:

Michelin Green Star

Awards

Michelin Green Star Michelin Guide tərəfindən verilən bir mükafatdır və ekoloji şüurun inkişafında mühüm rol oynayan restoranlara verilir. Bu mükafat restoranların ekoloji davamlılıq təcrübələrini təşviq etmək və vurğulamaq üçün yaradılıb. Green Star restoranların ekoloji təcrübələrini mükafatlandırmaq üçün Michelin Guide-nin ənənəvi ulduz sistemi ilə birlikdə istifadə edilən simvol kimi əlavə edilir.

Green Stara sahib olmaq istəyən restoranlar qida və içkilərin keyfiyyətindən əlavə ekoloji məsuliyyətləri də nəzərə almalıdır. Həmin restoranlar tullantıların azaldılması, enerji səmərəliliyi, yerli məhsullardan istifadə kimi bir sıra ekoloji amillərə diqqət yetirməlidirlər.

Michelin Guide sadəcə çox bahalı yeməklər təqdim etmir. Burada çox dadlı yeməkləri olan və qiymət olaraq da sərfəli restoranlar da mövcuddur.

Michelin's Bib Gourmands: All You Need to Know

1997-ci ildən bəri həmin restoranları fərqləndirmək üçün isə Bib Gourmand mükafatı yaradılıb. Bütün Bib Gourmand restoranlarına isə buradan baxa bilərsiniz.

Michelin ulduzuna sahib neçə restoran var?

Michelin Guide rəsmi saytında qeyd olunan məlumatlara görə, ümumilikdə;

1 ulduza sahib restoran sayı - 2832 (Green Star ilə birgə 188 restoran)

2 ulduza sahib restoran sayı - 487 (Green Star ilə birgə 54 restoran)

3 ulduza sahib restoran sayı - 139 (Green Star ilə birgə 32 restoran)

Bib Gourmand restoran sayı - 3414 (Green Star ilə birgə 62 restoran) mövcuddur.

Ümumilikdə 471 restoran isə Green Star simvoluna sahibdir.

Posted 
Oct 29, 2023
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.