Bakı–Tbilisi qatarında vaqon sayı iki dəfədən çox artırılıb,

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq qatarın tərkibini əhəmiyyətli dərəcədə genişləndirib. Aparılan dəyişiklik nəticəsində sərnişin vaqonlarının sayı 6-dan 13-ə, ümumi sərnişin tutumu isə 178 nəfərdən 386 nəfərə yüksəldilib.

Tutumun artırılması məqsədilə qatarın tərkibinə mərhələli şəkildə 2 komfort5 standart+ tipli yeni vaqon əlavə olunub. Bununla marşrut üzrə sərnişin tutumu təxminən 120 faiz artıb və xüsusilə yüksək tələbat dövrlərində daha çox sərnişinin bilet əldə etməsi mümkün olacaq.

ADY bildirir ki, Bakı–Tbilisi marşrutuna maraq son aylarda davamlı olaraq yüksəlir. Yeni vaqonların istifadəyə verilməsi həm bilet çatışmazlığının azaldılmasına, həm də sərnişinlərə daha rahat və əlçatan səyahət imkanlarının yaradılmasına xidmət edir.

Şirkətin məlumatına görə, əlavə edilən vaqonlar üzrə biletlər artıq satışdadır və marşrut üzrə reyslərə maraq yüksək olaraq qalır. ADY sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edir, çünki xüsusilə həftəsonu və bayram günlərində biletlər qısa müddətdə tükənə bilir.

Posted 
Jul 24, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All