B

lack Friday noyabr ayını 4cü cümə gününə təsadüf edən və çox böyük endirimlərin olduğu gündür. Belə ki, məhz bu gündə şirkətlər öz məhsullarında böyük endirimlər edir, günlük satış rekorlarını yeniləyirlər. 2021-ci il üçünsə bu gün noyabrın 26-na təsadüf edir.

Bəs nə üçün bu günü "Black Friday" adlandırıb?

Bu adın tarixilə bağlı bir neçə fərqli fikir var.

Əvvəllər müəssisə mühasibləri həmin günün satışları zəif gedərsə, satış dəftərlərinə qırmızı qələmlə yazar, yox əgər satışlar çox olarsa da qara qələmlə yazarmışlar. Mağazalar ilin ən çox satışını məhz bu gündə etdikləri üçün bu günü "Black Friday" adlandırıblar.

Bir başqa fikirə görəsə cümə gününə keçən gecə müştərilər endirimdən yararlanmaq üçün mağazalar qarşısında gecədən növbə gözlədikləri üçün bu gün belə adlanıb.

Şəkilin mənbəsi: USA TODAY

İndisə bu günlə bağlı bəzi maraqlı məlumatlarla tanış olaq.

- Bu gün həm də "Christmas" sezonunun açılışı kimi qəbul edilir və bu gündən başlayaraq mağazalar müxtəlif endirimlər etməyə başlayır

- 2009-cu ilin "TIME" jurnalına əsasən "Black Friday" ifadəsi ilk dəfə 1960-cı illərdə Filadelfiya əyaləti polisləri tərəfindən işlənib. Buna səbəbsə "Şükran Günündən" sonra müştərilərin endirimlərdən yararlanmaq üçün yaratdıqları izdaham və avtomobillərin yaratdıqları tıxacla şəhərin tüstü-dumana boğulmasıdır.

- Bu gün ölkələrdən asılı olaraq fərqli adlarla da adlana bilir. İslam dinində cümə günü müqəddəs gün hesab edildiyi üçün, Türkiyənin "Trendyol", "hepsiburada" və s. kimi məşhur e-ticarət platformaları "Super Günlər", "Əfsanə Günlər" kimi adlardan istifadə edir. Meksikada isə bu gün "El Buen Fin de Semana" yəni "Yaxşı Həftəsonu" kimi adlanır.

Sıradasa daha maraqlı olan statistik məlumatlar var.

- 2020-ci il tarixin ən çox onlayn satışının olduğu "Black Friday" günü olub. Həmin il 100 milyon (keçən il ilə müqayisədə 8 faiz artış) onlayn formada alış-veriş etdiyi halda, cəmi 58.7 milyon (keçən il ilə müqayisədə 37 faiz azalma) müştəri isə mağazadan alış-verişi seçib. Bu statistik göstəricilərin 2021 ildə dəyişəcəyi, onlayn alış-verişin daha da çox olacağı gözlənilir.

- 2020-ci ildə keçirilən anketə əsasən alıcıların hardasa 50 faizinə geyim məhsullarında, 39 faizinə kiçik məişət əşyalarında, 21 faizinə oyuncaqlarda 20 faizinə telefon və tabletlərdə 17 faizinə televizorlarda, 16 faizinə isə oyun və konsollarda olan endirimlər maraqlı olub

Bəs Trilogy oxuyucuları bu "Black Friday"də nələrin endirimə düşməyini gözləyir?

Posted 
Nov 20, 2021
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All