K

omandamıza yeni qoşulan Mert Koşalay blokçeyn xəbərləri buraxılışımızın müəllifi, eləcə də "Bitget"də kontent marketinq meneceridir. Onu bir daha komandamız adından salamlayır, yazılarında və eləcə də işlərində bol uğurlar arzulayırıq.

İlk xəbərimizdən başlayaq.

Spotify "Metaverse"də

Musiqi platforması istifadəçilərə "Roblox"da "Spotify Adası" adlı ərazi ilə musiqi yönümlü virtual əyləncə təcrübəsi təqdim etməyi hədəfləyir. Adaya daxil olmaq hüququ olan Roblox istifadəçiləri müxtəlif tapşırıqları yerinə yetirərək mükafatlar qazana biləcəklər.

Sony 3D "NFT"lərini işə salır

Sony və Theta Labs-ın toxuna bilən 3D NFT kolleksiyasına heç bir aksesuar olmadan 3D obyekt hissi yaradan ən müasir Sony Spatial Reality Display-də baxmaq olacaq.

Gucci ABŞ-da kriptovalyutaları qəbul edəcək.

Mağazadaxili ödənişlər müştərilərin Gucci tərəfindən göndərilən kripto pul kisələri ilə e-poçt vasitəsilə skan edə biləcəyi QR kodundan istifadə etməklə həyata keçiriləcək. Mağazalar Bitcoin, Bitcoin Cash, Ethereum, Litecoin, Dogecoin və Shiba Inu da daxil olmaqla müxtəlif kriptovalyutaları qəbul edəcək.

Opera istifadəçiləri BNB Chain-də dApp-lara birbaşa çıxış əldə edəcəklər.

BNB Chain ilə yeni inteqrasiya Opera istifadəçilərinə PancakeSwap, 1inch və BiSwap kimi DEX-lər daxil olmaqla mərkəzləşdirilməmiş proqramlara daxil olmaq imkanı verəcək.

Elon Musk BAYC-ni dəstəkləyirmi?

Bu yaxınlarda BAYC əsərlərindən ibarət kollaj ilə Twitter profil şəklini dəyişən Elon Musk Twitter-də gündəm oldu. Profil dəyişikliyindən sonra BAYC mərtəbə qiyməti 10 ETH artdı.

"Binance"dən İlon Maska Twitter üçün 500 milyon dollar.

Binance, Elon Musk ilə Twitter-də birgə sərmayə qoymaq üçün 500 milyon dollar ayırdı. O, Sequoia Capital Fund və Fidelity Management and Research Company kimi şirkətlərlə birlikdə Elon Musk-ın Twitter-i satın almasında 18 sərmayəçi arasındadır.

Posted 
May 14, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All