Bloq Nədir?
Blog, texniki bir bilik lazım olmadan, öz istədiklərini, arzu etdikləri şəkildə yazan insanların yaratdığı günlüyə bənzər veb saytlardır. Moda, texnologiya, heyvanlar, kitablar, psixologiya, idman və s. kimi bir çox mövzu haqqında bloq yazmaq mümkündür. Bloq yazanlara isə Bloqqer deyilir. Yazılar əsasən təzədən köhnəyə doğru sıralanır və yazının sonunda tarix, yazanın adı yer alır. Bloq yazanlar istəsə oxuyucular yazılara rəy də bildirə bilərlər.
Bloq Açmaq Üçün Lazım Olanlar Nələrdir?
Bloq açmaq üçün əsasən 3 şey lazımdır: domain, hosting və bloq yaratmaq üçün platforma.
1. Domain
Hər şeydən öncə sizə aid bir ada ehtiyacınız var. Yəni sizə məxsus yazıları oxumaq üçün brauzerde yazılacaq adres lazımdır. Məsələn, pişiklərlə bağlı bloq yazırsınız www.pisiklerleheyat.com adını ala bilərsiniz. Burada önəmli olan istədiyiniz adın daha öncə başqası tərəfindən alınmış olub olmamasıdır.
2. Hostinq
Hazırlayacağınız bloq saytınızı yerləşdirmək, qurulumunu həyata keçirmək və ziyarətçilərinizin sayta daxil ola bilməsi üçün lazım olan sahəni, yaddaşı sizlərə təqdim edən maşınlara hostinq deyilir. Hostinq saytınızın açıq olmasını, fayllarınızın yerləşməsini və saytınızı istifadə edə bilməyinizi təmin edir.
3. Bloq Yaratmaq Üçün Platforma
Domain və hostinqi aldıqdan sonra bloq yaratmaq və yazılarınızı idarə etmək üçün istifadə edəcəyiniz platformadır.
Bloq Necə Yaradılır?
Domain və hostinq aldıqdan sonra bloq açmağı planladığınız platformada qeydiyyatdan keçərək bloq aça bilərsiniz. Bunun üçün çox seçim var. Əgər bloq yazmağa yeni başlayırsınızsa pulsuz olan platformalardan birini seçə bilərsiniz. Platformaya qərar verib qeydiyyatdan keçdikdən sonra artıq yazmağa başlaya bilərsiniz. Bura sizin məkanınızdır, istədiyiniz mövzuda yaza bilərsiniz.
Bloq Açmaq Üçün Ən Yaxşı Saytlar Hansılardır?
Bloq açmaq üçün seçə biləcəyiniz bir neçə sayt mövcuddur. Aşağıda bunları açıqlamalarıyla bərabər sıraladıq.
1. WordPress
WordPress.com da eyni ilə WordPress.org kimi sizə bir çox seçim təqdim edən və zövqlə bloq yarada biləcəyiniz bir saytdır. WordPress.org-dan fərqli olaraq hostinq xidməti verən WordPress.com-da pulsuz başlanğıç paketi mövcuddur. Daha yüksək səviyyəli bloq yaratmaq istəyirsinizsə də Fərdi, Premium, Business ve E-ticarət paketlərindən birini seçərək müəyyən edilmiş aylıq ödənişi ödəməlisiniz. İstifadəçi dostu və olduqca praktik platforma olan WordPress.com, xüsusi ilə şəxsi bloqlar üçün ən çox seçim edilən platformalardandır.
2. Tumblr
Ən çox seçim edilən bloq saytlarından biri olan Tumblr.com, videolar GIF-lər və şəkillər əlavə edə biləcəyiniz asan bir sistemə sahibdir. Eyni zamanda bir çox dizayn seçimi də təqdim edən Tumblr, şəxsi bloqlar üçün uyğundur və tamamilə ödənişsizdir. Əgər siz də tez zamanda bloq yazmaq və yazınızı paylaşmaq istəyirsinizsə, bu praktik seçimi dəyərləndirə bilərsiniz.
3. Medium
Əgər fokuslandığınız şey sayta bənzər bloq açmaq deyilsə, sadəcə yazmaq istəyirsinizsə, axtardığınız sayt çox yəqin ki, Medium.com-dur. Bir çox bloq yazarların, jurnalistin, hətta yazıçıların çox istifadə etdiyi Medium.com-da bloq dizaynı kimi detallarla məşğul olmağa da ehtiyac olmur. Giriş edən kimi yazı yazmağa başlaya biləcəyiniz Medium.com-u ödənişsiz olaraq istifadə edə bilərsiniz. Ancaq onu da qeyd edək ki, Medium.com-da yaradılan bloqu başqa hər hansı bir platformaya köçürmək mümkün deyil.
4. Blogger
Əgər şəxsi bir bloq ya da internet saytı dizaynına vaxt sərf etmək istəmirsinizsə, sadə bir sayt ilə yazılarınızı yazıb yayımlamaq və bunu tamamilə ödənişsiz etmək istəyirsinizsə sizə ən uyğun seçimlərdən biri Blogger.com-dur. Google hesabınız ilə sadə bir şəkildə giriş edərək istifadə etməyə başlaya bilərsiniz. Hobbi məqsədi ilə yazı yazmaq üçün olduqca ideal bir saytdır.
Bloq Yazaraq Pul Qazanmaq Mümkündürmü?
Bloq yazaraq pul qazanmağın olduqca çox üsulu var. Amma bunun üçün əzmli olmaq və davamlı yazı yazmaq lazımdır. Səbirli olmalısınız çünki bloqa yaratmaq vaxt alan bir işdir. Kontentləriniz və oxuyucularınız artdıqca pul qazanma şansınız da artır. Bloqdan pul qazanmaq üçün Google kimi axtarış sistemləri sizin bloqunuzu tanımalıdır. Google sizdən davamlı olaraq özünəməxsus məqalələr gözləyir.
1. Görüntülü Reklamlar
Bir saytı ziyarət etdikdən sonra fərqli saytlarda qarşınıza tez-tez ziyarət etdiyiniz saytın kontenti ilə bağlı reklamlar çıxdığını görübsünüz, yəqin ki. O reklamlara “görüntülü reklam” deyilir və bu reklamların çoxusu Google AdSense reklam şəbəkəsindən gəlir. Siz də Google AdSense-də qeydiyyatdan keçərək saytınızın müəyyən sahələrində reklam yayımlaya bilərsiniz. Amma onu da qeyd edək ki, Google Azərbaycan dilini tanımır. Buna görə bu modeli istifadə etmək üçün və pul qazana bilmək üçün Azərbaycan dilindən əlavə Rus, İngilis və ya Google tərəfindən tanınan hər hansı dildə kontent yazmalısınız. Həmçinin oxuyucuları narahat etnəmək üçün bu modeli çox yerdə istifadə etməməyiniz tövsiyə olunur.
2. Sponsorlu Yazılar
Müəyyən qədər oxuyucu kütləniz artıq varsa, bloqda və sosial mediada sponsorlu kontentlər hazırlaya bilərsiniz. Firmalar, marka bilinirliyini və satışlarını artırmaq üçün onlarla əlaqəli hansısa bir mövzuda yazı yazmağınızı istəyə bilərlər. İş birliyi etdiyiniz firma da yazınızda ondan bəhs etdiyiniz, saytının linkini verdiyiniz və ya xidmətlərini, məhsullarını insanlara tövsiyə etdiyiniz üçün sizə bunun qarşılığında ödəmə edə bilər.
3. Məhsul və Xidmət Rəyləri
Firmalar, yazdığınız bloq mövzusu ilə bağlı bir məhsulu (kosmetika, geyim, texnologiya, oyun, kitab və s.) araşdırıb, istifadə edib rəylərinizi yazmağınızın, həmçinin bunu sosial mediada paylaşmağınızın qarşılığında pulsuz olaraq məhsulla təmin edə bilər və ya əlavə ödəniş edə bilər. Keçirəcəyiniz müsabiqələrdə izləyicilərinizə vermək üçün də məhsul təqdim edə bilərlər.
4. Satış / Gəlir Ortaqlığı (Affiliate Marketing)
Satış ortaqlığı ya da gəlir ortaqlığı modelində, bir markanın məhsul və ya xidmətini tanıdan zaman sizə məxsus bir linklə oxuyucularınızı o məhsulun saytına yönləndirirsiniz. Oxuyucularınız bloqdakı linkə keçid edərək o məhsulu satın alsa siz də faiz əldə edirsiniz. Məsələn oxuduğunuz bir kitab, texnologiya məhsulu və ya geyimlə bağlı bloq yazısı yazarkən, o məhsulu satan sayta oxuyucularınızı yönləndirərək pul qazana bilərsiniz. Burada önəmli olan oxuyucularınıza həqiqətən dəyər qatacaq və sizin də keyfiyyətinə inandığınız məhsullara yer verməyinizdir. Marketinq məqsədi ilə yazıldığı hiss edilən, səmimi olmayan yazılar sərt qarşılana bilər.
5. Məhsul və Xidmət Satışı
Yazdığınız bloq mövzusu ilə bağlı ödənişli bir xidmət verirsinizsə uyğun bir yerdə bunu elan edə bilərsiniz. Məsələn marketinq bloqunuz varsa və marketinq konsaltinqi ilə məşğulsunuzsa oxuyucularınız sizdən xidmət almaq istəyə bilərlər. Bənzər şəkildə bloq mövzusu ilə bağlı hazırladığınız bir onlayn dərs varsa və ya fərdi şəkildə dərslər keçirsinizsə bunları da bloqunuzda elan edə bilərsiniz.
6. Kontent Marketinqi
Bütün markaların dəyərli və özünəməxsus kontentə ehtiyacı var. Bu zaman “kontent yaradan” olaraq siz işin içinə girə bilərsiniz. Korporativ firmalar, öz bloqlarında qonaq yazarlara yer verə bilərlər və ya bloqlarında davamlı olaraq kontent yaratmaq üçün bloq yazanlar ilə anlaşa bilərlər. Yazdığınız bloq sayəsində yaxşı bir yazar olduğunuzu və hansısa bir mövzuya hakim olduğunuzu sübut etsəniz fərqli markalara kontent yazaraq da pul qazana bilərsiniz.