Wi-Fi təhlükəsizliyini necə təmin etmək olar?

Əvvəlcə Wi-Fi texnologiyasının necə işlədiyini başa düşməliyik. Cihazı şəbəkənizə qoşduğunuz zaman ona yerli IP ünvanı verilir.

Əksər modemlər cihazlara IP ünvanlarını avtomatik təyin etmək üçün DHCP (Dynamic Host Configuration Protocol) istifadə edir. Bununla belə, adından da göründüyü kimi, bunlar dinamik IP ünvanlarıdır. Ona görə də şəbəkəyə yenidən qoşulduqca zamanla dəyişə bilər. Əgər siz cihazın IP ünvanının bu şəkildə dəyişməsini istəmirsinizsə, ona xüsusi olaraq daimi statik IP ünvanı təyin etməlisiniz. 

Dinamik IP ünvanları tez-tez dəyişdiyinə görə, onlar cihazı müəyyən etmək üçün faydalı üsul deyil. Bunun əvəzinə siz cihazın Media Access Control (MAC) ünvanından istifadə edə bilərsiniz. Bu istehsalçı tərəfindən təyin edilmiş unikal identifikatordur.

Bunları nəzərə alaraq, şəbəkənizdəki cihazları müəyyən etmək və şübhəli cihazları aşkar etmək üçün istifadə etməli olduğunuz müəyyən üsullar var:  

Modem interfeysindən şəbəkədəki cihazları idarə etmək

Əksər modemlərdə xarici internet bağlantısı və qoşulmuş cihazlar haqqında məlumat əldə edə biləcəyiniz xüsusi veb interfeysi var. Bu interfeysə daxil olmaq üçün modeminizdən asılı olaraq müxtəlif IP-lər var: 192.168.1.1, 192.168.2.1, 192.168.0.1 (192.168.1.1). Brauzerinizin ünvan çubuğuna modeminizə uyğun IP-lərdən birini yazaraq bu üsulu yoxlaya bilərsiniz.

Şəbəkənizi qorumaq məqsədi ilə bu interfeysə daxil olmaq üçün istifadəçi hesabınız olmalıdır.

Əvvəlcədən, bu kimlik məlumatları "default" olaraq təyin edilir və istifadəçi adı adətən "admin" kimi təqdim edilir. Bu interfeysə ilk dəfə daxil olduğunuz zaman bu istifadəçi adı və parolu daha təhlükəsiz olanla əvəz etmək tövsiyə olunur.

Növbəti mərhələ, modeminizin markasına, “hardware” proqram təminatına bağlı olaraq dəyişir.  Adətən "wireless" bölməsində "wireless status" adında bir seçim mövcud olur. Bura sizə modeminizə bağlı olan bütün cihazları göstərən bir siyahı təqdim edəcək. Siz hər bir cihazın IP ünvanını, MAC ünvanını və cihaz adını buradan görə biləcəksiniz.

Cihazın adı adətən istehsalçı tərəfindən müəyyən edilir, beləliklə siz smartfon və laptopunuzu asanlıqla müəyyən edə bilərsiniz. Şübhəli bir cihaz görsəniz, şəbəkəyə qoşulmuş cihazların hər birini ayrı-ayrılıqda çıxara bilərsiniz.

Bütün mərhələlər tamamlandıqdan sonra yenə də bir cihaz adı görürsünüzsə, bu, şəbəkənizə qoşulmasını istəmədiyiniz və ya şəxsi məlumatlarınızı oğurlamağa cəhd edən bir cihaz ola bilər. Bu, təhlükəsizlik üçün ciddi problem yaradır. Belə bir vəziyyətdə dərhal internet provayderinizə vəziyyət barədə məlumat verməyiniz vacibdir.

WNW ilə şəbəkənizdəki cihazları idarə etmək

Wireless Network Watcher - Show who is connected to your wireless network

Windows-da cihazları müəyyən etməyin bir çox yolu var. Bununla belə, ən təsirli vasitələrdən biri NirSoft tərəfindən hazırlanmış WNW (Wireless Network Watcher) adlı proqramdır. Proqram təminatı qoşulduğunuz şəbəkəni skan edir və həmin şəbəkəyə qoşulmuş cihazların siyahısını yaradır. Həmçinin bu cihazların MAC və IP ünvanlarını təqdim edir. 

Bu yoxlamanı etmək üçün modem interfeysinə daxil olmaq lazım deyil. WNW avtomatik olaraq siyahını yeniləyə bilir. Müəyyən bir cihaz şəbəkənizə əlavə edildikdə və ya şəbəkədən çıxarıldıqda xəbərdarlıq etməsi də mümkündür. Proqram şəbəkədə görünən bütün cihazları və hər birinin neçə dəfə qoşulduğunu qeyd edir.

Fing ilə Şəbəkənizdəki Cihazların Yoxlanması

Network Scanning with Fing

Fing ilə şəbəkənizdəki cihazları müəyyən edə və şübhəli cihazları aşkar edə bilərsiniz. Bu proqram şəbəkənizə qoşulmuş bütün cihazları izləməyə imkan verir. Android, iOS, macOS, eləcə də Windows əməliyyat sistemində bu tətbiqi sınaqdan keçirə bilərsiniz.  

Fing-i cihazınıza quraşdırdıqdan sonra qoşulduğunuz şəbəkəni görə biləcəksiniz. Yoxlanışı həyata keçirmək üçün "scan"ı kliklədikdən sonra sizə cari şəbəkənizə qoşulmuş bütün cihazların ətraflı siyahısı təqdim olunacaq. Qoşulmuş cihazların IP və MAC ünvanlarını buradan görmək də mümkündür.

Şübhəli halla qarşılaşdığınız zaman Wi-Fi şəbəkənizə qoşulmuş bütün cihazları silə bilərsiniz. Bunun üçün sizə modem interfeysindən parolunuzu dəyişmək lazım olacaq. Bu, Wi-Fi şəbəkənizdəki bütün cihazları ləğv edəcək. Daha öncə qoşulmuş istifadəçilər yeni parolu daxil etməklə şəbəkəyə yenidən qoşula biləcək.

Posted 
Jul 4, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All