Türkiyədə enerji texnologiyaları sahəsində mühüm yenilik baş verib — ölkədə ilk dəfə nüvə batareyası istehsal edilib. Bu uğura Enerji və Təbii Sərvətlər Nazirliyinə bağlı Türkiyə Enerji, Nüvə və Mədən Tədqiqat Qurumunun (TENMAK) tərkibində fəaliyyət göstərən NÜKEN (Nüvə Texnologiyaları Araşdırma Mərkəzi) nail olub.

NÜKEN-in həyata keçirdiyi layihə Türkiyənin nüvə texnologiyaları sahəsində yerli istehsal və texnoloji müstəqillik hədəflərinə doğru atılmış mühüm addım kimi dəyərləndirilir. Yeni nəsil nüvə batareyaları uzunömürlü enerji mənbəyi kimi xüsusilə kosmos, müdafiə sənayesi, tibbi cihazlar və uzaq infrastruktur sistemlərində istifadə üçün nəzərdə tutulur.

Mərkəz hazırda Nüvə Elmləri və Material Araşdırmaları, Radiasiya Metroloji və Ölçüm Xidmətləri, eləcə də Hızlandırıcı və İşıqlandırma Texnologiyaları üzrə fəaliyyət göstərən 10 işçi qrupu ilə tədqiqatlarını davam etdirir.

Mütəxəssislər bildirirlər ki, bu inkişaf Türkiyəni gələcəkdə enerji texnologiyalarında regional mərkəzə çevirə bilər. Nüvə batareyasının istehsalı, həm də milli elmi-tədqiqat potensialının praktik nəticəyə çevrildiyini göstərir.

Posted 
Nov 6, 2025
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All