Çin alimləri görünməzlik texnologiyasına malik hərbi təyyarələri aşkar etmək üçün nəzərdə tutulan kvant radar sistemlərinin hazırlanmasına ciddi addım atıblar. “South China Morning Post”-un 14 oktyabr 2025-ci il tarixli məlumatına görə, Çinin Anhui əyalətindəki Kvant Məlumat Mühəndisliyi Texnologiya Tədqiqat Mərkəzi dörd kanallı, ultra aşağı səs-küy səviyyəli tək foton detektoru qurğusunun kütləvi istehsalına başlayıb.

Bu detektor enerjinin ən kiçik hissəsi olan tək bir fotonu belə aşkar etmək qabiliyyətinə malikdir və bu baxımdan “kvant radar” və “kvant rabitə” texnologiyalarının əsas komponenti kimi təqdim edilir.  Bundan nəticə çıxarılan kimi, ənənəvi radar sistemlərinin görmədiyi “stealth” — yəni görünməzlik texnologiyasına sahib təyyarələrin aşkar edilməsinə yol açacağı ehtimal edilir.

Lakin mütəxəssislər bu texnologiyanın hələ real döyüş şərtlərində sınaqdan keçmədiyini və mükəmməl bir sistemə çevrilməsinə hələ müəyyən texniki çətinliklərin qaldığını qeyd edirlər.

Beləliklə, Çin bu sahədə rəqabətə girərək “stealth” təyyarələrə qarşı yeni nəzarət sistemi qurmağı hədəfləyir. Təhlilçilər bunun hava üstünlüyü sahəsində əsas paradigmaların dəyişə biləcəyini bildirirlər.

Posted 
Oct 22, 2025
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All