P

Pandemiyanın başlaması ilə birlikdə hamımız sağlamlığımıza daha çox qayğı göstərməyə başladıq.

Bu dövrdə saatlarla eyni vəziyyətdə oturmağın nə qədər zərərli olduğunu hamımız öyrəndik. Bu nöqtədə həm ofisdə, həm də evdə işləyərkən həyat keyfiyyətimizi yüksəldə biləcək bir çox yeniliklə qarşılaşırıq. Ayaq üstə çalışmağa imkan verən masalar bunlardan biridir.

ABŞ dizayn studiyası Bravo Tribe tərəfindən hazırlanan BeYou, Kickstarter-da cəmi 5 dəqiqə ərzində hədəflənən fondu topladı. Bravo Tribe komandasının bu məhsulu öz evdəki iş təcrübələrinə əsaslanaraq hazırlamışdır.

Komanda ofisdə işləyərkən, evdə işləyərkən, dincələrkən və yemək yeyərkən davamlı oturmağımıza baxmayaraq, oturma vəziyyətini yaxşılaşdıra biləcək dizaynlarla bağlı ciddi bir irəliləyiş olmadığı vurğulayır. Onlar bu kreslonun saniyələr ərzində 10-dan çox fərqli pozisiyaya gətirilə bilmə xüsusiyəti ilə oturma təcrübəsində yeni bir dövrü başlatmağı hədəfləyirlər.

BeYou, bel, boyun və dizlərimizin davamlı ağrılara məruz qaldığı bir dövrdə ənənəvi ofis kreslolarının təklif edə bilməyəcəyi rahatlığı vəd edir. İstifadəçiyə necə oturacağını göstərmək əvəzinə, özünü yaxşı hiss etdiyi bir vəziyyətdə rahat otura bilməsi üçün onun oturma vəziyyətinə uyğunlaşır. Məsələn, belini söykədiyi yer kiçik laptop masasına, dirsək dayamaq və oturma sahəsinə çevrilə bilər. Qol söykədiyimiz hissələri açılaraq uzanmaq üçün kiçik bir kresloya çevrilə bilər. 181 kq-a qədər çəki daşıya bilən palıd örtüklü kreslo ləkələrə və aşınmaya davamlı yüksək keyfiyyətli parça ilə örtülmüşdür.

Posted 
Dec 15, 2020
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All