penAI çoxdan gözlənilən DALL-E 3 süni intellekt alətini təqdim etdi. İstifadəçilərin ən çox gözlədiyi xüsusiyyətlərdən biri ChatGPT inteqrasiyası idi. Bu yeni versiya ilə ChatGPT istifadə edərək DALL-E vasitəsilə şəkillər yaratmaq mümkün olacaq. Yəni əslində əmrləri (prompları) sizin yerinizə ChatGPT yaza biləcək. Bununla belə, DALL-E 3 xüsusiyyətləri bununla məhdudlaşmır.
DALL-E süni intellekt aləti xüsusilə ətraflı və uzun əmrlərlə daha yaxşı nəticələr verir. Digər mühüm DALL-E 3 xüsusiyyəti əllərin daha realist olmasıdır. Həm Midjourney, həm də DALL-E insan əli kimi anatomik detallarda səhvlər edirdi.
DALL-E 3 hətta mürəkkəb əmrlərlə belə DALL-2-dən daha yaxşı və daha real nəticələr verə biləcək. Bu yeni DALL-E 3 xüsusiyyəti istədiklərini əmrlərdə ifadə edə bilməyən istifadəçilər üçün də əhəmiyyətli bir inkişafdır. OpenAI-ə görə, DALL-E 3 sayəsində süni intellekt alətlərindən daha çox insanın istifadə etməsi asanlaşacaq.
OpenAI-nin açıqlamasına görə, DALL-E 3 xüsusiyyətlərinə sui-istifadənin qarşısını alan bəzi təhlükəsizlik tədbirləri daxildir. Buna görə də, süni intellekt şirkəti əmrlərdə şiddət və cinayət ehtiva edən bəzi sözlərin istifadəsinin qarşısını alır. İstifadəçilər DALL-3 ilə siyasətçilər və sənətçilər kimi tanınmış şəxslərin obrazlarını yarada bilməyəcəklər. Trampın həbsini əks etdirən süni intellekt görüntüsü sosial mediada böyük səs-küyə səbəb olmuşdu. Bu məhdudiyyətlərin nə qədər faydalı olacağı DALL-E 3 ictimaiyyətə təqdim edildikdən sonra məlum olacaq. DALL-E 3 ilkin versiyada ChatGPT Plus və Enterprise abunəçilərinə açıq olacaq.
DALL-E 3 süni intellekt vasitəsinin ictimaiyyətə təqdim ediləcəyi tarix hələ dəqiq deyil.