Daxili İşlər Nazirliyi süni intellekt və İT sahələri üzrə yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramına start verib.
Proqram çərçivəsində Nazirliyin dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur.
Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay müddətini əhatə edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanacaq.
Proqram, həmçinin Daxili İşlər Orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı da yaradır.
Daha çox
Breaking News
kateqoriyasından
View All