“Disney Plus” son rübdə 14,4 milyon yeni abunəçi qazanıb. Beləliklə, “Hulu” və “ESPN+”ın da daxil olduğu “Walt Disney” dünya üzrə 221 milyon abunəçiyə çataraq ilk dəfə “Netflix”i geridə qoydu.

“Disney +”ın uğuru “Wall Street”in təxminlərindən hardasa 45% yüksək idi.

Netflix”in cəmi 220,7 milyon abunəçisi var. Şirkət ötən ay 1 milyon abunəçisini də itirdiyini açıqlamışdı.

Digər tərəfdən, “Disney+” dekabr ayından etibarən reklamlarla abunəlik sistemini işə salacağını açıqlayıb.

Reklamlı versiya

Şirkət reklamların yer aldığı “Disney+” üçün aylıq abunə haqqının 7,99 ABŞ dolları olacağını açıqlayıb. Bu, şirkətin hazırda reklamsız abunəlik üçün aldığı ödənişlə eynidir. Dekabr ayında “Disney+”ın reklamsız seçimi üçün alınacaq rüsum 3 ABŞ dolları artaraq 10,99 ABŞ dolları olacaq.

Hazırda “Netflix” də oxşar reklamlı abunə sistemi üzərində işləyir.

“Reuters” xəbər verir ki, “Disney” səhmləri çərşənbə günü 6,9% artaraq 120,15 ABŞ dolları olub.

2017-ci ildə “Disney” “Netflix”ə rəqib olmaq üçün ənənəvi kabel televiziyası yayımından rəqəmsal yayım platformasına keçməyə qərar vermişdi.

“Disney Plus” 5 ildə rəqibini geridə qoydu

Amerika əsaslı araşdırmalar şirkəti “FactSet” tərəfindən aparılan sorğuya görə “Disney+”ın “Ulduz müharibələri” seriyası “Obi-Van Kenobi” və “Ms. Marvel” kimi kontentləri sayəsində son rübdə 10 milyon yeni abunəçiyə çatacağı gözlənilirdi. Ancaq açıqlanan son nəticələr bu gözləntiləri aşıb.

Disney 2024-cü ildə sentyabr ayının sonunadək 215-245 milyon ümumi abunəçiyə çatmağı hədəfləyir.

Posted 
Aug 12, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All