itcoini rəsmi pul vahidi olaraq qəbul edən El Salvadordakı McDonald’s filialları artıq müştərilərindən Bitcoinlə ödəmə qəbul etməyə başlayıb.
El Salvador, 7 sentyabrdan etibarən ABŞ dolları ilə yanaşı kripto pul vahidini də rəsmi ödəmə vasitəsi olaraq qəbul edən ilk ölkə oldu. Ölkədəki bizneslərin bu dəyişikliyə uyğunlaşmasının zaman alacağını düşünərkən, McDonald’s qanunun qüvvəyə mindiyi ilk gündən etibarən müştərilərinə ödəmə vasitəsi olaraq Bitcoini təqdim etdi.
McDonald’sın istifadə etdiyi Bitcoin ödəmə əməliyyatçısı “OpenNode”un rəhbəri Julie Landrum açıqlamasında “OpenNode, Bitcoin ödəmələrini iki aydan qısa müddətdə qüvvəyə mindirmək üçün El Salvadordakı hər cür böyük bizneslə işlədi.” dedi. Əlavə olaraq qeyd etdiki, “Rəqəmsal cüzdanlardan mobil şəbəkələrə, böyük pərakəndəçilərdən sığorta şirlətlərinə, “fast food” restoranlarından sənaye şirkətlərinə qədər “OpenNode” hər yerdə, hər şirkət üçün tətbiq edilə bilinir. Xüsusi ilə “Lighting Network” hər gün Bitcoin ödəmələrini səmərəli və ölçülə bilinir hala gətirir. El Salvador kimi ölkələr üçün Bitcoin inanılmaz bir iqtisadi fürsətdir.”
Qeyd edək ki, ölkədə Bitcoinin rəsmiləşməsinin çirkli pulların yuyulmasında istifadə oluna biləcəyini düşünən və qərara qarşı çıxan bir qrup insan da var. “VICE”dan Jordan Pearson isə McDonald’s kimi nəhəng şirkətin Bitcoini bu qədər tez qəbul etməsini həyəcanverici inkişaf kimi dəyərləndirir.