M

ilyarder İlon Maskla bağlı bir xəbər üzə çıxıb. Məlum olub ki, “Twitter” sahibinin azı 2 saxta “Twitter” hesabı var imiş. Musk iddialardan 1-ni təsdiqləsə də, ikinci hesabla bağlı bir irəliləyiş yoxdur. 
Hər şey onun “Twitter”də abunəçilərinin sayını açıqlamasından sonra başladı. Mask tərəfindən paylaşılan ekran görüntüsündə digər bir hesabın profil fotosu istifadəçilərin gözündən yayınmayıb. Nəticədə, bu tvit 5,7 milyondan çox izlənmə alıb. Gedişat zamanı məlum oldu ki, milyarder iş adamının “Twitter”dəki ilk saxta hesabının adı Elon Testdir (@ErmnMusk).

Elon Musk sahte Twitter hesabı

“Elon Test” adlı hesabdan edilən paylaşımlar daha çox İlon Maskın özü haqqındadır. Görünür, milyarder iş adamı özünü və xüsusilə də “Tesla”nı sevdiyini həmişə dilə gətirməkdən çəkinmir. Üstəlik, rəsmi hesabında 130 milyondan çox izləyicisi olan Mask, saxta hesabının da insanlar tərəfindən izlənilməsini istəyib. Belə ki, saxta hesaba baxdıqda, “Follow me” kimi yazıların olduğunu görürük. “DogeDesigner” adlı istifadəçi İlon Maskın paylaşdığı ekran görüntüsündən sitat gətirərək milyarder iş adamının əslində 2-ci hesaba sahib olduğunu iddia edib. Mask paylaşıma “Heç ağlınıza da gəlməz ki, bu mənəm” deyə cavab verib. Bu tvit sosial media tərəfindən təsdiq kimi şərh edilib.

İndi isə gələk 2-ci saxta hesaba.

Elon Musk sahte Twitter hesabı

Əgər fikir versək, görərik ki, "John Utah" adlı hesab 2022-ci ilin noyabrında açılıb. Bu, Elon Musk-ın “Twitter”i rəsmi olaraq aldığı dövrə təsadüf edir. Yox, burada xüsusi heç nə yoxdur. Nəticə etibarilə hər gün “Twitter”də minlərlə hesab açılır. Lakin istifadəçi adının “e” şəklində tək hərfdən ibarət olması şübhələr doğurur. Bu hesab həqiqətən yenidirsə, o, bir simvoldan ibarət istifadəçi adını necə qoya bilər? Xatırladaq ki, "Twitter"in yaranmasından 16 il keçir və bu illər ərzində istifadəçi adları aşıb-daşır. İddialara görə, Elon Musk “Twitter”i satın aldıqdan sonra “@e” istifadəçi adını tutub və özü istifadə etməyə başlayıb.

Posted 
Apr 28, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All