iPhone 15 seriyasının təqdim edildiyi gün iPhone 12 ilə bağlı təəccüblü bir inkişaf gündəmə gəldi.

iPhone 12: France threatens to ban sale over excessive radiation fears -  but Apple is fighting back | Science & Tech News | Sky News

Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jean-Noel Barrot ölkədə “iPhone 12” satışının növbəti xəbərdarlığa qədər qadağan olduğunu açıqlayıb. Agence Nationale des Frequences (ANFR) tərəfindən elan edildiyi kimi, aşkar edilmiş yüksək SAR dəyərinə görə Apple-ın Fransada iPhone 12-ni satmasına icazə verilmir.  Qeyd edək ki, SAR termini simsiz rabitə qurğularının insan bədəninə yaydığı radiasiya miqdarını göstərmək üçün istifadə edilir.

Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə “iPhone 12”lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib. Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4Vt/kq olması halda, ANFR “iPhone 12” model telefonunda bu miqdarın 5,74 Vt/kq olduğu ortaya çıxıb.

Posted 
Sep 14, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All