G

oogle bu yaxınlarda “Gmail” üçün təhlükəsizlik tədbirlərini təkmilləşdirən yeni özəlliyi elan etdi. Bu xüsusiyyət istifadəçiləri konfidensial məlumatları ələ keçirmək üçün aldadan fırıldaqçıların qarşısını alacaq. Artıq şirkətlərin, qurumların və ya məşhur şəxslərin e-poçtlarının yanında yeni, mavi işarə görünməyə başlayıb. “Gmail”də mouse-u mavi işarənin üzərində saxladıqda, “Bu e-poçtu göndərən şəxs öz profil şəklindəki domenin və loqonun sahibliyini təsdiqləyib" deyən pop-up görəcəksiniz.

Bu o deməkdir ki, “Google” bundan sonra ətraflı məlumat verəcək ki, e-poçtu qəbul edən şəxslər göndərənin real olub-olmadığını rahat bilsinlər. Qeyd edək ki, digər elektron poçt xidmətlərində hələlik belə bir funksiya yoxdur. Bununla belə, şirkətlərin korporativ e-poçtlarını necə yoxlayacağına dair təfərrüatlar hələlik qeyri-müəyyən olaraq qalır.

Posted 
May 4, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All