əhkəmədən Google-a zərbə!
Google hazırda son zamanların ən böyük məhkəmə proseslərindən biri ilə üzləşir. ABŞ-da yerləşən məhkəmə prosesinin nəticəsi nəhəng şirkət üçün yaxşı olmaya bilər.
Google ABŞ Ədliyyə Departamentinin "gücünü sui-istifadə etmək" ittihamı ilə məhkəməyə verilib. Çox kəskin bəyanatlarla gücləndirilən bu iddialar şirkəti son dərəcə çətin bir prosesə itələyib. İddialara görə, şirkət axtarış sistemləri arasında mövqeyini qorumaq üçün Apple və Samsung kimi nəhəng şirkətlərə milyardlarla dollar rüsum ödəyirmiş.
Google hüquqşünasları şirkətin nailiyyətinin yalnız istifadəçilərə təqdim etdiyi uğurlu xidmətdən və bu xidmət nəticəsində aldığı təqdirdən asılı olduğunu göstərsə də, ABŞ hökuməti bu açıqlamaları nəzərə almır. “Apple”, “Samsung”, “Huawei” və “Mozilla” kimi böyük istifadəçi həcmi olan şirkətlər öz məhsullarında standart olaraq Google axtarış sistemindən istifadə edirlər.
ABŞ hökumətinin iddialarına görə, bu seçimin arxasında şirkətin hər il müntəzəm olaraq etdiyi 10 milyard dollarlıq nəhəng ödənişlər dayanır. Apple rəhbərləri də daxil olmaqla bir çox mühüm adın ifadəsi ilə davam edən dava vəziyyətin nə qədər ciddi ola biləcəyini ortaya qoyur. Mütəxəssislərin fikrincə, şirkət son 25 ilin ən böyük məhkəməsi ilə üz-üzədir!