Instagram 8 may 2026-cı ildən etibarən birbaşa mesajlarda ucdan-uca şifrələmə funksiyasını ləğv edəcəyini açıqlayıb.

Bu dəyişikliklə mesajların əvvəlki kimi yalnız göndərən və qəbul edən arasında qorunması mexanizmi aradan qalxır və texniki baxımdan platforma tərəfindən müəyyən çıxış imkanları yaranır.

Bu funksiya 2023-cü ildən etibarən istifadəçilərə seçim kimi təqdim olunmuşdu və məxfilik baxımından daha yüksək qoruma təmin edirdi. Yeni qərar çərçivəsində istifadəçilərə əvvəlki şifrələnmiş yazışmalarını və media fayllarını yükləmək üçün bildirişlər göndəriləcəyi bildirilir.

Platformanın sahibi olan Meta bu addımı funksiyanın aşağı istifadə səviyyəsi ilə əsaslandırır. Şirkət eyni zamanda daha güclü şifrələmə təcrübəsi üçün istifadəçilərə WhatsApp tətbiqini alternativ kimi göstərir.

Posted 
May 6, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All