onq-Konqda yerləşən Haitong International Securities investisiya şirkətinin analitiki Jeff Pu, Apple-ın sentyabr ayında satışa çıxarılacaq iPhone 15 və iPhone 15 Plus əsas modellərinin kamera xüsusiyyətləri barədə məlumat paylaşıb. Jeff Pu bildirib ki, iPhone 15 və iPhone 15 Plus modellərində keçən il təqdim edilən “Pro” modellərindəki kimi kamera sensorları olacaq.
48 meqapiksel kamera ilə iPhone 15 və iPhone 15 Plus

Əldə edilən araşdırma qeydində bu modellərdəki 48 meqapiksellik obyektivdə daha yaxşı görüntü keyfiyyəti üçün daha çox işıq tuta bilən yeni "three-stacked" obyektivdən istifadə ediləcəyi söylənilir. Lakin bildirilib ki, bu, iPhone 15 və iPhone 15 Plus-ın istehsalını gecikdirə bilər. Yadınızdadırsa, “Apple” ilk dəfə keçən il iPhone 14 Pro və iPhone 14 Pro Max ilə 48 meqapiksellik kamera obyektivini təqdim etmişdi. Bu obyektiv istifadəçilərə 48 meqapiksellik ProRAW fotoşəkilləri çəkməyə imkan verir.
iPhone 15 Pro-da bunlar gözlənilir

iPhone 15 Pro-nun titan çərçivə, təkmilləşdirilmiş “A17 Bionic” çipi və artırılmış 8 GB RAM kimi önəmli xüsusiyyətlərə sahib olacağı gözlənilir. Təqdim olunacaq 4 iPhone 15 modelində USB-C portunun olacağı da istisna edilmir.