i

Phone”la rəqəmsal əkiz yaratmaq artıq realdır!

Budur, qarşınızda Mel və onun rəqəmsal əkizi “Senua”!

Bu görüntünü möhtəşəm edən təkcə animasiyanın keyfiyyəti deyil, bu performansa insan redaktorları tərəfindən heç bir şəkildə müdaxilə olunmaması və ya təkmilləşdirilməməsidir. Üstəlik bu videonun emal edilməsi və sonlanması cəmi bir neçə dəqiqə çəkir. Bu proses gələcəyə doğru böyük addımdır. Qeyd edək ki, “Epic Games”in dediyinə görə, indi bu cür çəkilişləri belə yüksək keyfiyyətlə sadəcə “iPhone” ilə etmək mümkündür. Bu, sadələşdirilmiş, istənilən aktyorun bir neçə dəqiqə ərzində reallıqdan fərqlənməyən bir performans göstərə biləcəyi, rəqəmsal əkiz yaratmaq bacarığıdır. Artıq sözə ehtiyac yoxdur.

Posted 
Mar 24, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All