H

ibrid iş modellərinin iş dünyasında gələcək rolu haqqında araşdırmaların siyahısı keçdikcə çoxalır. “Microsoft” mövzu ilə bağlı son bir neçə ayda 2 araşdırma yayımlayıb.

Hibrid iş rejimi nədir?

Hibrid iş rejimi işçinin vaxtını iş yeri və uzaqdan iş arasında böldüyü dinamik iş növüdür.

Evdən işləmək uzaqdan işləməyin ən geniş yayılmış üsuludur. İşçi hər zaman evdən və ya hibrid iş tənzimləməsinin bir hissəsi kimi işləyə bilər. Yəni məsələn siz həftənin 3 gününü ofisdə keçirirsiniz, digər 2 gün isə evdən işləyərək korporativ həyatda aktiv olmağa və verilən tapşırıqları yerinə yetirməyə davam edirsiniz.

Araşdırmalar necə ortaya çıxdı?

2020-ci ilin mart ayında dünyanın hər tərəfindən şirkətlər ofislərini bağlamağa başladılar. Bununla da səhər 9-dan axşam 6-can işləyən işçilər böyük bir eksperimentin iştirakçılarına çevrildilər. Bir neçə ay içində dinamik ofis hallarını səssizlik bürüdü. Bu səssizlik bəzi şirkətlərdə bir neçə ay, bəzilərində isə 2 il davam etdi.

Bu gün pandemiyanın qazandırdığı vərdişlərimizin bəzilərini geridə qoyan zaman “əvvəlki iş rejimimizə qayıdacağıq?” sualı ilə qarşılaşa bilirik. Hərçənd ki, Azərbaycanda artıq maska tələbi qaldırılıb və demək olar ki, sərt karantin tələblərindən əsər-əlamət qalmayıb, lakin iş dünyasındakı rejim fərqlilikləri gözlə görünən dərəcədə dəyişkəndir. Bəzi şirkətlər ofisdə işi bərpa etsə də, digərləri frilans işçilərlə hibrid iş rejimini üstün tutmağa davam edir.

Böyük gözləntilər: Kim nə istəyir?

“Hibrid iş rejimi qalıcı olacaq: lakin bəzi şirkətlər və ya işçilər bu rejimə adaptasiya olmaqda çətinlik çəkəcəklər”.

“Microsoft”un 2022-ci ilin ilk iki ayında müxtəlif ölkələrdən 31 mindən çox insanla birgə həyata keçirdiyi və mart ayında yayımlanan “İş trendləri indeksi 2022” araşdırmasını yalnız bu cümlə ilə belə əks edə bilərik. 

Bu araşdırmanın əsas nəticələrini və “Microsoft”un müdir və direktorlara tövsiyələrini bu cür sıralaya bilərik:

  • Dünya üzrə şirkətlərin 50%-i işçilərin gələn il ofisə qayıtmasını planlayır. Lakin tamamilə uzaqdan, yaxud hibrid rejimdə işləmək istəyən işçilərin sayı 52%-dir.
  • Pandemiyadan əvvələ nəzərən, araşdırmanı əhatə edənlərin 53%-i sağlamlığa önəm verir. İşçilər yaxşı maaşdan əlavə, uğurlu və işçiyə hörmət edən şirkət mədəniyyətini (46%), mental sağlamlıq (42%) və ortaq bir məqsəd və məna hissini (40%) üstün tutur.
  • Y və Z nəslinin 52%-i gələcək illərdə işlərini dəyişəcəyini düşünür, X nəsli və “bumer”lərin isə yalnız 35%-i iş dəyişdirməyə müsbət baxır.
  • Hibrid işləyənlərin 38%-i ofisə getməyə məna verə bilmədiklərini bildiriblər. Bu vəziyyət şirkətlərin hibrid rejimin qaydalarını daha kəskin şəkildə müəyyən etməli olduqlarına əsas verir. Hazırda şirkətlərin yalnız 28%-i hibrid rejimin qaydalarına əsaslanan müqavilələr hazırlayıb.
  • Hibrid və uzaqdan iş modellərində iclaslar daha uzun çəkir. “Microsoft” əlavə proqramlarından biri olan “Teams”də 2020-ci ilin fevralından bu yana 1 nəfərə düşən həftəlik iclas sayının 153% artdığını bildirir. Bu həftəlik iclasların müddəti isə düz 252% dəfə çoxalıb. Eyni zamanda araşdırmanın rəhbərləri qeyd edib ki, iclaslarda keçirilən müddətin azaldılması üçün onlayn iş rejimi haqqında yeni normalar müəyyən edilməlidir.
  • Menecerlər liderlik və işçilərin gözləntiləri arasında sıxıntı hiss edirlər. Müdirlərin yarısından çoxu (54%) şirkətlərində liderliyin işçilərin gözləntiləri ilə bağlı olmadığını düşünür. 74%-i isə komandaları adından dəyişiklik etmək üçün lazım olan təsir və ya resursların olmadığını deyir.

Gələcəkdə bizi nə gözləyir?

Nəticə olaraq, “Microsoft”un araşdırmaları pandemiya dövründə uzaqdan iş rejiminə keçən şirkətlər və işçilərin əvvəlki vərdişlərinə qayıdacağını düşünmür. Lakin gələcək qeyri-müəyyəndir və sonsuz sayda ehtimal mövcuddur. Bu ehtimallara təsir edən önəmli faktorlar arasında yerləşmə siyasəti, vergi hüquqları və texnoloji inkişafın da yeri var. Bu mövzularda müsbət yöndə dəyişikliklərin “uzaqda yerləşən plazalar, məkanlar ofislər üçün daha uyğundurmu?”, yaxud “1 ölkədə yaşayıb digər ölkədə işləyənlər hansı ölkənin qaydalarına uyğun vergi ödəməlidir?” kimi cavabsız sualları aradan qaldıraraq hibrid iş rejimlərinin daha çox yayılmasına təsir edəcəyi gözlənilir.

Posted 
May 13, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All