sveç Kosmik Agentliyi (SSC) ötən bazar ertəsi ölkənin şimalındakı “Esrange” Kosmik Mərkəzindən tədqiqat raketi buraxıb. “TEXUS-58” raketi 250 kilometr hündürlükdə 0 cazibə şəraitində təcrübələr aparmaq üçün istifadə edilib.
Uçuşun 2-ci mərhələsində raketin başlanğıc nöqtəsinə qayıtması gözlənilirdi, lakin yanlış hesablamalar nəticəsində raket tamamilə başqa yerə, qonşu Norveçə düşüb. İki Skandinaviya ölkəsi arasında uzun müddətdir sülh və mehriban qonşuluq münasibətləri qurulsa da, hadisə ciddi sensasiyaya səbəb olub.
Geri qayıdarkən “TEXUS-58” öz marşrutundan çıxıb və planlaşdırılan yerdən 40 kilometr şimal-qərbdə qəzaya uğrayıb. Raket dağlıq bölgədəki boş əraziyə düşsə də, hər hansı xəsarət və insan itkisinə səbəb olmasa da, Norveç hökuməti bundan narahatlığını dilə gətirib.
Ən yaxın yaşayış məntəqəsindən 10 km kənara düşən raketin ertəsi gün vertolyotla məntəqəyə gətirildiyi qeyd edilib. Norveç Xarici İşlər Nazirliyi qonşularının qalıqları icazəsiz öz ərazisindən çıxarmağa ixtiyarı olmadığını bildirsə də, İsveç bu tənqidlərə biganə yanaşıb.