F

acebookun qurucusu Mark “Whatsapp”, “Instagram”, “Facebook”la bağlı həyata keçirəcəyi yeniliklərin qısa anonsunu verdi.

Belə ki, Facebookda şəxsi profilində paylaşımında qısa zamanda biznesləri dəstəkləyəcək və mağazaların istifadəsini asanlaşdıracaq yeniliklərin gələcəyinə vurğu edib. Bu yeniliklərə “Whatsapp”da mağaza, “Instagram”da vizual axtarış və s. kimi yeniliklər daxildir.
Eyni zamanda paylaşımının altında rəylərdə bir az daha ətraflı məlumat paylaşaraq aşağıdakı şəkildə açıqlamalar edib:

“Tezliklə “Whatsapp”da mağazanı görə biləcəksiniz. Burada siz alış-verişdən öncə satıcı ilə söhbət edə bilərsiniz. Biznes sahiblərinin isə sadəcə bir dəfə “Whatsapp”ı “Facebook” və “Instagram” ilə bağlamaları lazım olacaq.”
"Instagram"da bəyəndiyiniz şəkillər ilə bağlı məhsulları axtarmağınıza köməklik edəcək. (Mən bunu daha çox boz köynək tapmaq üçün istifadə edəcəm)”
“Hər ay 1 milyard insan “Marketplace”dən istifadə edir. Buna görə də bizneslər satışlarını buradan həyata keçirsinlər və daha çox insana çatsınlar deyə, onlar üçün bu funksiyanı asanlaşdırırıq”
“Alış-veriş təcrübəsini fərdiləşdirmək və mağazanın seçilmiş kolleksiyasına yönəltmək üçün yeni reklam növləri təqdim edəcəyik.“
Posted 
Jun 20, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All