“Deloitte” tərəfindən 11500 qlobal istehlakçının iştirakı ilə tərtib edilən sorğuya görə, 18 və 25 yaş arasında olan istehlakçılar məhsul alarkən inklüziv reklamlara daha çox diqqət ayırır. Lakin burada yalnız bazarın inklüzivliyini düşünməklə məsələ həll olunmur.

Trilogy.News sizə bu yazıda “Deloitte Insight”ın 2022-ci il Qlobal Marketinq Trendləri hesabatından marketinqdə müxtəlifliyə, bərabərliyə və inklüzivliyə yer verən reklamların əhəmiyyətindən danışacaq.

Gələcəyin müştərilərinin sədaqətini qazanmaq üçün markalar işə almaq, müxtəlif təchizatçılardan istifadə etmək və fərqli istedadları təşviq etmək kimi mövzularda ədalətli olduqlarını sübut etməlidirlər.

“Deloitte” dataları ən çox qazanc əldə edən şirkətlərin (illik gəlirdə 10% və ya daha çox artım qeydə alınanlar) müxtəliflik, bərabərlik və inklüzivlik hədəfləri (DEI) üçün daha çox performans ortaya qoyduğunu müşahidə edib.

DEI hədəflərini reklam kampaniyaları və məhsul istehsahlından əlavə həm də “The Employer Brand” dediyimiz işverən markasını qurmaq səmimiyyət yaradır.

“Deloitte”in bu barədə tövsiyələri belədir:

- Markalar fərqli səsləri təmsil edilməyən icmaların ehtiyaclarını dilə gətirmək üçün istifadə etməli və kampaniyalarda bu səsləri və üzləri önə çıxarmalıdır.

Məsələn qlobal gözəllik brendi “Avon” pandemiya dövründə 8000 qadından ibarət sorğu hazırlamışdı. Bu sorğunun məqsədi qadınlara verilən hansı sualların onları narahat etdiyini anlamaq idi. Sorğuya əsasən, qadınların 41%-i pandemiya dövründə özgüvən problemi yaşayıb. Buna görə də “Avon” “My Story Matters” platformasında fərqindəlik yaratmaq üçün müxtəlif irq və etnik mənsubiyyətə sahib istedadlı modellərlə əməkdaşlıq etdi.

- DEI məqsədlərinizi ölçülə biləcək hala gətirin.

- Komandaların və tədarükçülərinizin hədəf kütlənizi əks etdirməsinə çalışın.

Posted 
Jun 22, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All