T

witter”in ödənişli bölməsi olan “Twitter blue”, artıq 20-dən artıq ölkədə fəaliyyət göstərəcək. Bunlar: Hollandiya, Polşa, İrlandiya, Belçika, İsveç, Ruminiya, Çexiya respublikası, Finlandiya, Danimarka, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Slovakiya, Sloveniya, Estoniya, Xorvatiya, Lüksemburq, Malta və Kiprdir. Bu genişlənmə 35-dən çox ölkədə bu proqrama abunə olma funksiyasını əlçatan edir. Eylon Maskın rəhbərliyi altında, bu proqram, aylıq 8 dollar ödəməklə təsdiqlənmiş profilləri istifadəçilər üçün aktiv edib. Proqramın üstün cəhətlərindən biri də 60 saniyəlik videoları və 4000 simvoldan ibarət tvitləri istifadə etməyin mümkün olmasıdır. Proqramda həmçinin, postları redaktə edə, əlfəcindən istifadə və mövzu başlıqlarını fərqləndirə bilərsiniz.

Abunə sayını artırmaq üçün, "Twitter", yanvar ayında 84 dollarlıq illik plan başlatdı. Son bir-neçə həftə içində isə həm “İOS”, həm də “Android” istifadəçiləri üçün illik 114 dollar təşkil edən bir plan tərtib etdi. Amma Maskın tonlarla gəlir əldə etmək planının suya düşdüyünü də qeyd edə bilərik. Çünki bu proqramın təxminən cəmi 300000 abunəsi var. Həmçinin istifadəçilər yazışma və axtarışlar zamanı bir çox problemlə qarşılaşıblar, hansı ki, bu problemlər Muskın 200 işçini işdən azad etməsindən sonra baş verib. Bütün bunlar proqrama marağın azalmasına səbəb olub.

Posted 
Mar 7, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All