D

ünən keçirilən "Connect" konfransında Meta yeni süni intellekt məhsullarını təqdim etdi.

Meta-nın bu mövzu ilə bağlı rəsmi açıqlaması belə olub:

“Biz generativ süni intellektin böyük imkanlar təqdim etməsi və daha yaradıcı, məhsuldar və əylənməyə kömək edə bilməsindən ilhamlanırıq. Biz dünyanın hər yerindən insanlara bu yeni yaranan texnologiyaya daxil olmaqda kömək etmək istəyirik. Bunun üçün 3 yeni AI xidmətini təqdim edirik".

1. Süni intellekt stikerləri: Düşüncə və ya ideyanızı əks etdirən fərdi stikerlər yarada biləcəksiniz.

2. Süni intellektli söhbətlər: "Meta"nın süni intellektləri ilə siz istənilən mövzu haqqında daha çox məlumat əldə edə və ya qrup söhbətindəki mübahisəni həll etməyə cəhd edə bilərsiniz.

3. Real Şəkil Yaradılması: Süni intellekt sizə /imagine əmrini yazmaqla ideyanı, yeri və ya şəxsi təmsil edən şəkillər yaratmağa imkan verəcək.

Posted 
Sep 28, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All