W

WhatsApp üçün çoxdandır gözlənilən bir yenilik həyata keçirilir.

Dünən başlatdıqları beta testləri ilə telefondan başqa cihazlarda, məsələn “desktop”da “WhatsApp”ı istifadə etmək üçün telefon ehtiyacını aradan qaldırır.

Bilirsiniz ki, “WhatsApp”ın web versiyasını istifadə etmək üçün telefon lazımdır. Bu vəziyyəti aradan qaldıran firma yeni beta testində telefondan kənar 4 cihazda telefona ehtiyac olmadan tətbiqi istifadə etməyi mümkün edir.

Bununla “WhatsApp”nızın qurulu olduğu telefon sönülü olsa da digər cihazlarda işləməyə davam edə bilərsiniz. Mesajlaşmanın güvənliyini təmin edərək bu özəlliyi tətbiq edən şirkət, yeni  funksiyanın hər kəsə nə zaman istifadəyə veriləcəyini isə açıqlamır.

Müəyyən kütlə üzərində edilən xalqa açıq testlər nəticəsində yaranan bütün problemlərin hər kəsə təqdim edilmədən öncə aradan qaldırılacağı düşünülür

Posted 
Jul 17, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All