NVIDIA 2026-cı maliyyə ilinin birinci rübünə dair maliyyə nəticələrini açıqlayıb və analitik gözləntilərini üstələyən performans nümayiş etdirib.

Şirkət səhm üzrə 1.87 dollar qazanc və 81.62 milyard dollar gəlir açıqlayıb ki, bu da AI və data mərkəzi seqmentində güclü tələbatın davam etdiyini göstərir.

Güclü nəticələrə baxmayaraq, hesabatdan sonra şirkətin səhmlərində eniş müşahidə olunub. Bazar iştirakçıları bunu artıq yüksək qiymətləndirmələrin əvvəlcədən “qiymətə daxil edilməsi” və qısa müddətli mənfəət realizasiyası ilə izah edirlər. Beləliklə, Nvidia ardıcıl dördüncü “post-earnings” eniş riski ilə üzləşə bilər.

Şirkətin baş direktoru Jensen Huang açıqlamasında bildirib ki, süni intellekt artıq eksperimental mərhələdən çıxaraq real iqtisadi infrastruktura çevrilir. Onun sözlərinə görə, “AI fabrikləri” adlandırılan böyük hesablama mərkəzləri yeni nəsil rəqəmsal iqtisadiyyatın əsas dayağı olacaq.

Huang həmçinin qeyd edib ki, agent əsaslı süni intellekt sistemləri – yəni mürəkkəb tapşırıqları müstəqil şəkildə planlayan və icra edən modellər – artıq real istifadə mərhələsinə keçib və bu tendensiya gələcək illərdə daha da sürətlənəcək.

Posted 
May 21, 2026
 in 
İnvestisiya
 category

Daha çox

İnvestisiya

 kateqoriyasından

View All