"

Twitter”dən sonra bütün sosial platformalar oxşar abunə sisteminə keçid etməyə başlayıb. Nəhayət, “Meta” da Instagram və Facebook üçün ödənişli abunə sistemini elan edib. Bundan sonra “Meta Verified” proqramında iştirak edən istifadəçilər abunə haqlarını ödəyərək, sosial media hesablarında mavi işarələrdə ola biləcəklər. Bəs bu xidmət nə vəd edir?

Introducing: Meta Verified - Social Media College

“Meta Verified” proqramına yazılmaq və “mavi işarə” almaq üçün müəyyən qaydalar var.

  1. Onlar öz məzmunlarından və şəkillərindən istifadə edən saxta hesabları müəyyən edə və bu barədə tədbir görə bilərlər;
  2. Onlar sosial media hesablarında yaşadıqları problemlər və ya bütün digər məsələlər üçün dəstək ala biləcəkləri xüsusi dəstək komandasına müraciət edə bilərlər;
  3. Öz məzmunlarını daha geniş auditoriyaya təqdim edəcəklər;
  4. Hekayə və videoçarxları paylaşmaq üçün xüsusi stikerlərdən istifadə edə biləcəklər.

Hesabınızı təsdiq etmək üçün 18 yaşdan yuxarı olmağınız və öz adınıza açılmış hesabın olması çox vacibdir. Yuxarıda qeyd olunan şərtlər yerinə yetirilməzsə, abunəliyin digər üstünlüklərindən faydalansanız belə, profilinizə “mavi işarə” əlavə edə bilməyəcəksiniz.

Posted 
May 5, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All