OpenAI-ın yaxın həftələrdə ABŞ-də IPO prosesi üçün gizli müraciət etməyə hazırlaşdığı bildirilir.

Şirkət hazırda Goldman SachsMorgan Stanley ilə birlikdə birja sənədləri üzərində işləyir və ilkin ictimai təklifin (IPO) sentyabr ayında baş tuta biləcəyi ehtimal olunur.

ABŞ bazarında iri şirkətlər tez-tez ilkin mərhələdə “confidential filing” adlanan gizli müraciət mexanizmindən istifadə edir. Bu model şirkətlərə maliyyə sənədləri və hüquqi prosesləri ictimaiyyətə açıqlamadan əvvəl tənzimləyici qurumlarla işləməyə imkan yaradır.

Analitiklər bildirirlər ki, IPO ilə bağlı xəbərlərin gündəmə gəlməsi Elon Musk ilə OpenAI arasındakı məhkəmə qarşıdurmasının zəifləməsindən dərhal sonraya təsadüf edir. Son aylarda hüquqi qeyri-müəyyənlik investorlar üçün əsas risk faktorlarından biri hesab olunurdu. İndi isə şirkətin daha stabil hüquqi mühitdə bazara çıxmağa çalışdığı düşünülür.

Posted 
May 21, 2026
 in 
İnvestisiya
 category

Daha çox

İnvestisiya

 kateqoriyasından

View All