G

lobal rənglər qürumu "Pantone" yeni ilin rəngini təyin etdi.

Pantone Rəng İnstitutunun icraçı direktoru Leatrice Eiseman verdiyi açıqlamada, qarşıdakı ili ən yaxşı şəkildə əks etdirəcək rəngin proqnozlaşdırılması vəzifəsini 20 ildən çox olan təcrübəyə əsaslandığını bildirib. "Yeni rəng tapmaq bizim üçün çox vacib idi, çünki indi dünyaya çox yeni baxışımız var."

Qarşılayın, ilin rəngi - "Very Peri".

Very Peri-ni "bütün mavi tonların ən xoşbəxti və ən istisi" olaraq xarakterizə edən Eiseman əlavə etdi ki, rəng həm də qırmızının alt tonu sayəsində gücləndirici yenilik hissi verir və bu, gələn il üçün gözlədiyimiz şeydir.

Pantone bu il "İlin Rəngi"ni təqdim etmək üçün digər tərəfdaşlarla yanaşı Microsoft ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Very Peri rəqəmsal divar kağızları, interfeys seçimləri və PowerPoint, Teams, Edge kimi bir sıra Microsoft proqramları şəklində Windows-a inteqrasiya olunacaq.

Posted 
Dec 9, 2021
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.