arici KİV-lərin (kütləvi informasiya vasitələrinin) məlumatına görə, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə “TikTok”u bloklamaq qərarına gəlib.
Buna səbəb olan amillər nələrdir?
Mədəniyyət Nazirliyinin izahatına görə, departamentə qeyri-hökumət təşkilatlarından “TikTok” sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlər getdikcə artıb.
Eyni zamanda qeyd olunub ki, "TikTok" istifadəçiləri virtual aləmə qərq edir. Yeniyetmələr "TikTok"a baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar. Bundan əlavə, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.
TikTok Qırğızıstanda nə vaxt bağlanacaq?
Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti respublikada “TikTok”un fəaliyyətini dayandırmaq üçün təcili tədbirlərin görülməsinin zəruriliyi barədə məktubun daxil olduğunu təsdiqləyib. İndi idarə Mədəniyyət Nazirliyinin müraciətinə baxır. Qırğızıstanda TikTok-un bloklanmasının dəqiq tarixi məlum deyil.
Mənbə: "Sputnik" Qırğızıstan