andemiya müddətində uzaqdan işləmə sistemi ofis həyatını əvəz etməyə başladı.
Beləliklə, ayaqüstə işləmə imkanı yaradan masalar, uzanaraq çalışma imkanı yaradan mebellər, idman etməyə imkan yaradan ofis stulları kimi maraqlı dizaynlar da tez-tez qarşımıza çıxmağa başladı. Bunlardan biri də ayaqüstə çalışma imkanı yaradan masa olan NOTADESK-dir.
Hədəf fondunu 1 həftədə Kickstarter-da toplayan NOTADESK, 2 fərqli versiyada təqdim olunur. Biri şüşə və ağaclara yapışdırıla bilən NOTADESK, digəri isə 3 ayaq üzərində dayanan, onun törəməsi olan NOTADESK Tripoddur. Saatlarla ayaq üstə işləmək də zərərlidir, buna görə də hər ikisi müxtəlif yüksəkliklərə asanlıqla uyğunlaşdırıla bilir. NOTADESK-in şüşəyə nə qədər möhkəm yapışdırıldığını göstərmək üçün, alpinizmdəki dırmaşmaq təcrübəsini yansıdan bir demo hazırlanıb.
NOTADESK kampaniya səhifəsində ekoloji cəhətdən təmiz bir məhsul kimi reklam olunur. Hazırlanmasında ən sürətli böyüyən ağaclardan biri olan FSC bambukdan istifadə edilmişdir. Şüşəyə yapışan parça təkrar emal edilən ABS plastikdən hazırlanmışdır. Yüngül və sərt bir polimer olan bu material, masa ömrünü bitirəndə asanlıqla təkrar emal edilə bilər.
NOTADESK Belçikalı mühəndis Andreas De Smedt tərəfindən hazırlanmışdır. Kənd yerində böyüdüyü üçün açıq ofis sahələrində işləməkdə çətinlik çəkən və diqqət yayınması yaşayan De Smedt bu problemi mühəndis olaraq şəxsən həll etməyə qərar verib. Bir neçə il davam edən tədqiqat və araşdırmalardan sonra NOTADESK-i dizayn etmişdir.