“Unpacked” - “Samsung”un yeni məhsulları təqdim etmək üçün keçirdiyi marketinq və təqdimat tədbiridir. Adətən hər il birdən çox “Unpacked” tədbiri olur.

Təxmin edildiyi kimi “Samsung” bu gün - 10 Avqust “Unpacked” tədbirində “Z Flip4” və “Z Fold4” smartfonlarını, ağıllı saatlarını - “Galaxy Watch 5”, “Galaxy Watch 5 Pro” və qulaqlığı - “Galaxy Buds Pro 2”ni təqdim etdi.

“Z Flip 4” və “Z Fold 4” smartfonları

Z Fold 4” smartfonu əvvəlki modeldən daha möhkəm və daha incə qatlanan mexanizmə malikdir. Bundan əlavə, “Samsung” tədbirində bu smartfonun ən güclü oyun “Galaxy”si olduğunu vurğuladı.  Cihazın əsas kamerası 3X telefoto obyektivinə malikdir. Nəzərə çatdırmaq lazımdır ki “Z Fold 3” yalnız 2X telefoto obyektivinə malik idi. “Samsung” həmçinin selfi kamerasını ekranın altına qüsursuz şəkildə yerləşdirib.

Ekranın aşağı hissəsində proqramlar arasında keçidi asanlaşdıran bir keçid də yerləşdirilib.

Z Flip4” isə daha yüngül çəkiyə malik alüminium qatlanan mexanizmə malikdir.  Onun kameraları “Z Flip 3” (12 meqapiksel geniş və 12 meqapiksel ultra geniş) ilə eynidir.

İndi daha çox proqram “Flex” rejimində işləyir, telefonu 90 dərəcə bucaq altında qatladığınızda ekran ikiyə bölünür. Məsələn, bir ekranda video zəng, digərində isə təqdimata baxa və ya yazışa bilərsiniz.

“Z Flip 4” 999 ABŞ dollardan (Z Flip 3 ilə eyni), “Z Fold 4” isə 1800 ABŞ dollardan başlayır.

“Galaxy Watch 5”

Ən son model olan “Galaxy Watch 5” incə dizaynı ilə təkmilləşdirilib. Belə ki, artıq ekran daha parlaq və həssas panellə yenilənib. Tədbirdə “Samsung”la partnyor şirkət “Google” yalnız “Galaxy” saatları üçün işlək olacaq “Google Assistant” xüsusiyyətini də təqdim etdi. Tezliklə telefondan azad şəkildə “Google Maps”dən də istifadə əlçatan olacaq.

“Samsung” “Sapphire Crystal” şüşəsinin “Galaxy Watch 4”də istifadə edilən şüşədən 60% daha davamlı olduğunu da vurğuladı.

Qiymət 40 mm-lik model üçün 279 ABŞ dollardan, 44 mm-lik saat üçün isə 299 ABŞ dollardan başlayır.  

Saatın “LTE” (nömrəli) versiyaları 329 ABŞ dollar (40 mm) və 349 ABŞ dollardır (44 mm).

“Galaxy Buds Pro 2"

Yeni qulaqlıq “Buds Pro”dan 15% daha kiçikdir və qulaqda fırlanmasının qarşısını almaq üçün yenidən işlənmiş xüsusi dizayna malikdir.  “Samsung” iddia edir ki, yeni model daha zəngin səsə və daha yaxşı səs-küyün ləğvi (“Active Noice Cancellation”a) xüsusiyyətinə malikdirlər.

“Buds 2 Pro” isə avqustun 26-da 229 ABŞ dollardan satışa çıxacaq.

Posted 
Aug 10, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All