S

ony”dən əlillər üçün istiliyi dəyişən kontroller!

“Sony” şirkəti oyunun ssenarisinə uyğun isinib-soyuya bilən “PlayStation” kontrolleri hazırlayıb.“Sony” tərəfindən patentləşdirilmiş bu yeni texnologiya “PlayStation” oyun kontrollerləri üçün inqilabi xüsusiyyətə malikdir. Şirkət oyundakı vəziyyətə uyğun olaraq temperaturu dəyişən kontroller hazırlayıb. “Sony” gələcək “PlayStation” kontrollerlərinin haptik-sensor rəyini təkmilləşdirəcək yeni texnologiyanın patentini alıb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumat bazasında aşkar edilən patentə görə onu deyə bilərik ki, oyunun ssenarisindən asılı olaraq kontrollerin temperaturu dəyişir.

Məsələn, oyun səhrada gedirsə və ya əlinizə isti bir şey götürürsünüzə, kontroller qızmağa başlayacaq. Əksinə, soyuq suya girirsinizsə və ya qışda maşın sürürsünüzsə, kontroller soyuyur. “Sony” konsollarında oyunların reallığını artıracaq bu ixtira sayəsində istifadəçilər özlərini tamamilə virtual aləmin içində hiss edəcəklər. Bu necə mümkün olacaq? Patentə görə bunu belə ifadə edə bilərik ki, “Sony” mühəndisləri kontrollerin tutacaqlarındakı plastik materialı temperaturu tez dəyişə bilən geləbənzər materialla əvəz ediblər. Lakin bunun cihazın batareya ömrünə mənfi təsir edəcəyi düşünülür.

Bundan əlavə, kontrollerin qızması oyunu oynayan şəxsin əllərinin tərləməsinə səbəb ola bilər. “Sony”nin bu patentləşdirilmiş texnologiya ilə bağlı planları hələ məlum deyil. Lakin bilirik ki, şirkət bu layihəni həyata keçirmək üçün lazım olacaq bütün resurslara malikdir. Sözügedən texnologiya bir neçə ildən sonra oyun kontrollerlərində yer ala və ya kağız üzərində maraqlı fikir kimi qala bilər. Yaşayarıq, görərik.

Posted 
Apr 10, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All