T

elegram keçən ildən bu yana gözlənilən qrup video zəng funksiyasını elan etdi.

Mesajlaşma proqramı “Telegram”, mobil və desktop tətbiqlərinə qrup şəklində görüntülü zəng funksiyasını əlavə etdi. 2020-ci ilin aprelindən bəri gözlənilən funksiyasını gec də olsa bazara çıxaran şirkət, səsli qrup zənglərinə limitsiz sayda istifadəçinin qatıla biləcəyini, qrup video zənglərinə isə maksimum 30 nəfərin qoşula biləcəyini qeyd etmişdi. Ancaq bu limiti də yaxın zamanda artırmayı planladığını vurğuladı.

Telegramdan yeni funksiya

“Telegram”ın CEO-su Pavel Durov yanvar ayında etdiyi açıqlamada:

“Facebook”a aid olan rəqib söhbət platforması “WhatsApp”ın yeni gizlilik siyasəti addımından sonra alternativ platforma axtarışında olanların “Telegram”ı seçməsi ilə bərabər bu platformanın 500 milyon aktiv istifadəçiyə çatdığını ifadə etmişdi. Fevral ayından etibarən 2 milyard aktiv istifadəçiyə sahib olan “WhatsApp”ın qrup video və səsli zəng funksiyalarını 2018-ci ildən elan etdiyini düşünsək, “Telegram”ın bu rəqabətdə xeyli geridə qaldığını deyə bilərik.
Posted 
Jul 2, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All