Məşhur e-ticarət platforması Temu Türkiyədə fəaliyyətində dəyişiklik edərək xaricdən məhsul satışını rəsmi şəkildə dayandırıb.
Türkiyə istifadəçiləri üçün beynəlxalq sifarişlər deaktiv edilib. Platformada axtarış edən müştərilər yalnız Türkiyə daxilindəki anbarlardan göndərilən, yerli satıcılara məxsus məhsulları görə bilirlər.
Qərar yanvarın 21-də Türkiyə Rəqabət Qurumu tərəfindən Temu-nun İstanbul ofisində aparılan qəfil yoxlama və rəqəmsal məlumatların araşdırılmasından sonra gündəmə gəlib. Eyni zamanda, Türkiyədə fevralın 1-dən etibarən xaricdən gələn bağlamalar üçün tətbiq olunan 30 avroluq rüsumsuz limit ləğv olunub.
Daha çox
Biznes
kateqoriyasından
View All



