Amazon tarixinin ən böyük ixtisarına hazırlaşır.
Amazon yaxın günlərdə kütləvi ixtisarların ikinci mərhələsinə başlayacaq və təxminən 30 min korporativ vəzifəni ləğv etməyi planlaşdırır.
İxtisarların AWS, pərakəndə satış, Prime Video və insan resursları bölmələrini əhatə edəcəyi bildirilir. Amazon oktyabr ayında artıq 14 min əməkdaşı ixtisar edib və yeni mərhələnin də oxşar miqyasda olacağı gözlənilir.
Bu, Amazon-un 30 illik tarixində ən böyük işçi azaldılması olacaq. İxtisara düşən əməkdaşlara ən azı 90 gün əməkhaqqı və sosial təminatlar veriləcək. Şirkət prosesi süni intellektdən çox, illər ərzində yaranmış struktur problemlərinin aradan qaldırılması ilə əsaslandırır.
Daha çox
Biznes
kateqoriyasından
View All



