Netflix Warner Bros. Discovery-ni almaq üçün strategiyasını dəyişib.

Şirkət əvvəlki nağd pul–səhm qarışığı təklifini geri çəkərək tam nağd yeni təklif təqdim edib. Məqsəd rəqib Paramount-un təzyiqini azaltmaq və prosesi sürətləndirməkdir.

Netflix-in Warner Bros aktivlərini təxminən 83 milyard dollara alma ehtimalı isə bazarda narahatlıq yaradıb. Xəbərdən sonra şirkətin səhmləri bir gündə 4%, dekabrın əvvəlindən bəri isə 15%-dən çox ucuzlaşıb.

Netflix rəhbərliyi Warner Bros-un kinoteatr biznesi və güclü film françayzlarını strateji üstünlük kimi dəyərləndirir. Şirkət hələlik razılaşmadan geri çəkilmədiyini, fürsətin araşdırıldığını bildirir.

‍

Posted 
Jan 23, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All