Çinli YouTuber və modder XNZ PlayStation 5, Xbox Series X və Nintendo Switch 2-ni bir korpusda birləşdirən xüsusi oyun konsolu hazırlayıb.
“Ningtendo PXBOX 5” adlı cihazda hər üç platformanın real avadanlığı istifadə olunub.

Konsol ortaq enerji bloku, xüsusi alüminium soyutma sistemi və tək HDMI çıxışı ilə işləyir. Daxili keçid mexanizmi sayəsində eyni anda yalnız bir platforma aktiv olur.

Disk oxuyucularından imtina edilən layihə, şirkətlərarası əməkdaşlıq olmadan mühəndislik və yaradıcılıqla fərqli oyun ekosistemlərinin bir cihazda birləşdirilə biləcəyini göstərir.



