D

eyəsən, elədir… “Twitter” ilə vidalaşırıq. May ayında İlon Mask “Twitter”in adını rəsmi olaraq, “X Corp.”a dəyişdirir və yeni “X – The Everything” mobil tətbiqi üzərində işləyir. “DOGE”un qiymətinin yüksəlməsi də istisna olunmur.
“Twitter” biznes tərəfdaşlarına, səhmdarlara rəsmi bəyanatlar və imeyllər göndərərək “Twitter Inc”in adının “X Corp” olaraq dəyişdirildiyini açıqlayır. Bundan əlavə, vergi identifikasiya nömrəsi istisna olmaqla, müqavilələr, fakturalar və digər qeydlər artıq “X Corp”a istinad ediləcək. Son məhkəmə işində də qurumun adı Delaver deyil, Nevada ştatında keçir. 

Image

Bu dəyişiklikdən sonra “Dogecoin”da artım tempi yaşanıb - son bir həftə ərzində 15 %. “Dogecoin” aşiqi İlon bu yaxınlarda “Twitter” loqosunu “Dogecoin” ilə əvəzləyəndən sonra platformada “DOGE” dəstəkli imkanlar da artıb. “DOGE”un qiymətində də yüksəlmə var - düz 25 %. Hazırda son 24 saat ərzində 2 % bahalaşan yeni valyuta, 0,0933 dollar səviyyəsində ticarət edilir.

Posted 
Apr 19, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All