BŞ-də 17 musiqi yayımçısından ibarət qrup “Twitter”in 1700-ə yaxın musiqinin müəllif hüquqlarının pozulmasına şərait yaratdığını iddia edərək şirkəti məhkəməyə verib. “NMPA” qurumu 250 milyon dollardan çox təzminat tələb edir. Aralarında “Sony Music Publishing”, “BMG Rights Management” və “Universal Music Publishing Group” da olmaqla, həmin bu şirkətləri təmsil edən assosiasiya iddia edir ki, “Twitter” bu qanunsuzluğa mütləq son qoymalıdır.

“Amazon” qiymətcə münasib “Prime Lite” abunəliyini istifadəyə verib

“Amazon” tərəfindən təklif olunan bu xidmət vasitəsilə alış-verişlərdə bəzi məhsullar üçün eyni gündə çatdırılma seçimi və pulsuz çatdırılma kimi üstünlüklər vəd olunur. Bundan əlavə, film və seriallarla zəngin “Prime Video” və hər ay pulsuz oyunlar yayımlayan “Prime Gaming” kimi xidmətlərə də daxil olmaq mümkündür. “Prime”la müqayisədə daha az üstünlüklər təklif edən “Prime Lite” xidməti artıq Hindistanda istifadəyə verilib.
“Google”dan qəribə xəbər: “Google Ads” ayrıla bilər

Aİ iddia edir ki, “Google Ads” nəhəng monopoliya yaradır. Bu səbəbdən qurum “Google”un reklam bölməsinin müstəqil bir şirkət olaraq ayrılması və tenderlərdə digər reklam şəbəkələri ilə eyni hüquqlara sahib olması arzusundadır, lakin “Google”un könüllü olaraq belə bir addım atmayacağı düşünüldüyü üçün Avropa Komissiyasının araşdırmadan sonra qərar verəcəyi gözlənilir. “Google” bu qərara etiraz etmək hüququna malikdir, lakin rədd edilərsə, o, illik gəlirinin 10 %-ni kompensasiya kimi ödəməlidir.
“YouTube Music” dizayn dəyişikliyi ilə gündəmdə. Bu da yeni dizayn!

“YouTube Music” veb-saytda pleylistlərə daha asan göz atmağa imkan verən yeni dizaynını tanıdıb. Vizual olaraq “YouTube”un rəsmi saytına bənzəyən bu dəyişiklik “YouTube Music”in istifadəyə verilməsindən bəri ilk böyük addımdır. Artıq daha az müraciət edəcəyiniz “Əsas səhifə”, “Kəşf et” və “Library” bölmələrində isə heç bir dəyişiklik yoxdur.
WhatsApp-a “Multiple Accounts” dəstəyi gəlir

1 və daha çox “WhatsApp” hesabından istifadə edirsinizsə, bu yeni beta yeniləməsi diqqətinizi çəkəcək. “WABetaInfo”nun xəbərinə görə, “WhatsApp” Android versiyalarda eyni cihazda profillər arasında keçid etməyə imkan verən yeni dəstək üzərində işləyir. Bu funksiya “Meta”nın digər platforması olan “Instagram”dakı funksiyanın, demək olar ki, eynisidir. Yeni dəstəyin nə zaman gələcəyi ilə bağlı rəsmi tarix qeyd olunmayıb.
“Microsoft Xbox One”la sağollaşırıq

“Xbox Game Studios” komandası “Minecraft” və “Halo Infinite” kimi oyunlara dəstəyi davam etdirəcəklərini bildirsələr də, artıq “Xbox One” modeli üzərində işləməyəcəkləri barədə açıqlama yayıblar. Mövzu ilə bağlı şərh verən “Xbox Game Studios”un rəhbəri Matt Booty“Xbox Series X/S” konsollarını nəzərdə tutaraq, “Axios”un 9-cu nəslə keçdiklərini və bundan sonra kompüter oyunlarına diqqət yetirəcəklərini bildirib.
Instagram “Kanallar” funksiyasını istifadəyə verdi

Mark Zuckerberg-in öz kanalında verdiyi məlumata görə, Instagram Telegram-a bənzər “Kanallar” funksiyasını bütün istifadəçilər üçün açıq elan edib. Məzmun yaradıcılarının heyranları ilə şəxsi ismarıc vasitəsilə ünsiyyət qurmasına imkan verən “Channels” məzmun yaradıcıları tərəfindən maraqla qarşılanıb. Xatırladaq ki, may ayında Adam Mosseri və Mark Zuckerberg Mark-ın kanalında birgə yayım edərək, bu xüsusiyyət barədə zarafatyana çıxış etmişdilər.