witter, Threads tətbiqinə görə Metanı məhkəməyə verməklə hədələyib. Çərşənbə günü Twitter-i təmsil edən vəkil Zuckerberg-ə məktub göndərərək Meta-nın keçmiş Twitter işçilərini işə götürməklə ticarət sirlərini oğurladığını iddia edib. Musk-ın vəkili Aleks Spiro tərəfindən yazılmış məktubda Meta-nın Twitter-in ticarət sirlərini və digər əqli mülkiyyətini qəsdən və qanunsuz olaraq mənimsədiyi iddia edilir.
Xəbərlə bağlı bir tvitə Musk-ın cavabı belə olub: "Rəqabət yaxşıdır, fırıldaqçılıq deyil".
Məktubda bildirilib ki, Meta “Twitter sənədlərini və elektron cihazları uyğunsuz şəkildə saxlayan” keçmiş Twitter işçilərini işə götürüb və onları “qəsdən” Threads-in hazırlanmasına cəlb edib.
Spiro bildirib ki, "Twitter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etməyi hədəfləyir. O, Meta-dan hər hansı Twitter ticarət sirri və ya digər məxfi məlumatlardan istifadəni dayandırmaq üçün təcili addımlaq atmağı tələb edir.
Meta sözçüsü Andy Stone məktubu qəti şəkildə rədd edib. O, Threads mühəndislik qrupunda heç kimin Twitter-in keçmiş işçisi olmadığını bildirib.
Threads, bəzi digər Twitter rəqiblərindən fərqli olaraq sürətli böyümə yaşadı. Zuckerberg, tətbiqin ilk günündə 30 milyon istifadəçi qeydiyyatının olduğunu bildirib. Tətbiq cümə axşamı iOS App Store-da ən populyar ödənişsiz proqram olaraq birinci sırada öz yerini alıb.