V

olkswagen”in 2020-ci ildə elan etdiyi “Yunanıstan sərmayesi”, təşkil edilən xüsusi bir tədbir ilə rəsmi şəkildə fəaliyyətə başladı.  

Astypalea adası tamamilə elektrikli nəqliyyat xidmətləri üçün bir pilot bölgə halına gəldi. Yunanıstandakı ilk tam elektrikli polis maşını da daxil olmaqla elektrikli nəqliyyat vasitələri istifadəyə verildi. Astypaleanın önümüzdəki illərdə növbəli olaraq e-maşın, avtobus, scootere-velosiped ilə tamamilə yeni bir nəqliyyat sisteminə sahib olması və gələcəkdə enerjisini yalnız yaşıl elektrikdən təminetməsi hədəflənib.

Layihə, Yunanıstanın iqlim tərəfsizliyi və rəqəmsallaşma yolunda irəliləməyi hədəflədiyi milli inkişaf proqramının bir parçasıdır. Bir neçə həftə öncə isə baş nazir Mitsotakis, Yunanıstanın 2025-ci ilə qədər kömürlə işləyən elektrik istehsalını tədricən dayandıracağını bildirdi.

“Volkswagen”in sərmayesi ilə yaşıl enerjiyə qovuşan ada

Layihə açılışını CEO Herbert Deiss və Yunanıstanın baş naziri Kyriakos Mitsotakis həyatakeçirdi. Hətta adada yaşayan xüsusi müştərilərə həvəsləndirmək məqsədi ilə ilk zamanlarda bəzi modelləri endirimli qiymətlərlə satacaqlar. Açılışda önəmli açıqlamalar edən Volkswagen qrup CEO-su Herbert Deiss vurğuladı ki,

“Astypalea, hökümətlə markaların bir araya gəldiyi zaman sürətli bir şəkildə elektrik çevrilişinin əldə edilə biləcəyi yaxşı bir nümunə olacaq. Burada insanların yaşıl enerjili nəqliyyat vasitəsi seçimlərinə təsir edən ünsürlərə daha yaxından baxıb analiz edə biləcəyik. Volkswagen olaraq bu çevrilişdə birinci olmaq istəyirik.”

Sərmayelərin davam edəcəyi adada 2023-cü ildə bir günəş enerji zonası həyata keçiriləcək. Bu obyektin fəaliyyətə başlaması ilə birgə adadakı elektrikli vasitələri elektriklə doldurmaq üçün ehtiyac olan enerjinin hamısı bərpa olunan enerji mənbəyindən əldə edilmiş olacaq. Eyni zamanda adada lazım olan elektrikin 50%-i də buradan qarşılanacaq.

Posted 
Jun 20, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All